vaxtlı-vaxtında oxuyun! Bazar, 24 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)

«Şair xalqın səsi, əsrin səsidir,
Vətənin ağsaçlı sərkərdəsidir,
Hökmüylə ordular ayağa qalxır,
Şerinin selində daşlar da axır»

Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)
XADİM  
12:21 | 23 avqust 2014 | Şənbə Məqaləyə 2472 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Qanımı Sizə halal edirəm»

Nemət Pənahlı İlham Əliyevə müraciət etdi

MÖVZU İLƏ ƏLAQƏLİ

«Azərbaycan oğullarına qanlarımızı almaq fürsəti verərək xalqımızı bu şərəflə şərəfləndirəcəyiniz təqdirdə Sizə hər şeyi, qanımı belə halal edirəm».

Hazırda həbsxanada olan Azərbaycan Milli Dövlətçilik Partiyasının sədri Nemət Pənahlı prezident İlham Əliyevə müraciət edib. Pənahlı ailəsinin «Qafqazinfo»ya təqdim etdiyi müraciətdə müəllif həbs olunmasından və üzləşdiyi çətinliklərdən yazıb. O, müraciətində qeyd edib ki, bu gün Azərbaycanda illərlə gözlənilən siyasi şərait yaranıb: «Müharibə havasının əsməsi ilə minlərlə Azərbaycan övladının könüllü olaraq savaşa qatılmaq istəyi bir daha sübut etdi ki, bu xalq hər şeydən daha çox ana-bacılarımızın qisasını almaq, şəhidlərimizin qanını yerdə qoymamaq arzusu ilə yaşayır». N.Pənahlı Qarabağda müharibə başlayacağı təqdirdə bütün cəmiyyəti, hətta ən qatı müxalifət nümayəndələrini belə Prezidentə dəstək olmağa çağırıb: «Əminəm ki, həqiqi mənada vətənini və millətini sevən hər bir kəs də mənim bu müraciətimi dəstəkləyəcək. Şəxsən mənə gəlincə isə Azərbaycan oğullarına qanlarımızı almaq fürsəti verərək xalqımızı bu şərəflə şərəfləndirəcəyiniz təqdirdə Sizə hər şeyi, qanımı belə halal edirəm. Eyni zamanda 18 yaşı yenicə tamam olmuş, dörd gözlə müharibənin başlayacağı günü gözləyən böyük oğlumun da bu savaşa qatılmasından sadəcə bənzərsiz bir qürur hissi duyacağımı diqqətinizə çatdırmaq istəyirəm».