vaxtlı-vaxtında oxuyun! Cümə, 26 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)

«Vaxt bizi getməli olduğumuz yerə istiqamətləndirir»

Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)
BÖHRAN  
23:24 | 13 oktyabr 2017 | Cümə Məqaləyə 2183 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

SEPAH qara siyahıda

ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq etdi

MÖVZU İLƏ ƏLAQƏLİ

ABŞ prezidenti Donald Tramp bugünkü çıxışında ABŞ Konqresinə nüvə proqramı ilə əlaqədar İrana qarşı sanksiyaların bərpasını təklif etməyəcək. Bunu ABŞ-ın dövlət katibi Reks Tillerson «CNBC» telekanalına müsahibəsində bildirib.

Onun sözlərinə görə, ABŞ administrasiyası İrana qarşı yeni strategiya tətbiq etmək niyyətindədir. Tillerson qeyd edib ki, İranın nüvə proqramına dair bir neçə meyar təklif ediləcək. Onlar pozulduğu halda Tehrana qarşı sanksiyalar avtomatik olaraq bərpa ediləcək.

Dövlət katibi həmçinin bildirib ki, Tramp İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) üzvlərinə qarşı sanksiyalar tətbiq etmək niyyətindədir. Onun sözlərinə görə, Tramp bununla bağlı ABŞ Maliyyə nazirliyinə müvafiq tapşırıq verəcək.

Qeyd edək ki, ABŞ-ın maliyyə nazirliyinin saytında İrana qarşı yeni sanksiyalar tətbiq edilməsi barədə məlumat yerləşdirilib.

Məlumata əsasən, İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) terroru dəstəkləyən təşkilatlar siyahısına daxil edilib.

Həmçinin İranın «Fanamoj», «Rastafann Ertebat Engineering Company» və «Shahid Alamolhoda Industries» şirkətlərinə qarşı sanksiyalar tətbiq edilib.