«Azərbaycan çox unikal ölkədir»
Robert Sekuta: «Güclü kommersiya bazası formalaşıb»
MÖVZU İLƏ ƏLAQƏLİ
-
«BTQ inteqrasiyaya kömək edəcək»
ABŞ səfiri: «Azərbaycan getdikcə əhəmiyyətli tranzit mərkəzinə çevrilir»
-
«Azərbaycan ABŞ-ın diqqətindədir»
Səfir: «İki ölkə münasibətlərində enerji məsələləri əhəmiyyətli yer tutur»
-
«BTQ-nin İpək Yolu üçün böyük əhəmiyyətə var»
ABŞ səfiri Bakı-Tiflis-Qars dəmir yolunun açılışı barədə
-
«Davam etdirməyə hazırıq»
Səfir: «ABŞ Azərbaycanla münasibətləri gücləndirmək niyyətindədir»
-
«Problem çox uzandı»
ABŞ səfiri Dağlıq Qarabağdan danışdı
-
ABŞ səfirinin sıfır davranışı
Robert Sekuta Qarabağda azad olunan kəndə getməkdən imtina etdi
-
Sekuta Vaşinqtona və Bakıya mane olmur
ABŞ səfiri sələfinin taleyini yaşamaq istəmir
-
«Daha yaxşısına nail ola bilərik»
Robert Sekuta: «ABŞ-Azərbaycan münasibətləri indi daha güclüdür»
-
Azərbaycanda Amerika təhsil sərgisi açılıb
«ABŞ-da təhsil alan azərbaycanlıların sayı ilbəil artır»
-
«Dondurulmuş münaqişə adlansa da ...»
ABŞ səfiri: «Həmsədrlər prezidentlərin görüşünü təşkil etməyə çalışır»
-
«Amerika Birləşmiş Ştatları ilə Azərbaycan arasındakı iqtisadi əlaqələr bir çox sahələrdə böyük potensiala malikdir». APA TV-nin məlumatına görə, bu fikirləri iqtisadiyyat nazirinin müavini Sahil Babayev Azərbaycan-ABŞ biznes forumunda çıxışı zamanı bildirib.
O, ikitərəfli iqtisadi münasibətlərin statistikasına da nəzər salıb: «2017-ci ilin 8 ayı ərzində ticarət dövriyyəsi artaraq, 416 milyon manata, investisiyaların həcmi isə 13 milyard dollara yaxınlaşıb. Bu gün həmçinin ölkəmizdə 235 ABŞ şirkəti fəaliyyət göstərir. Bundan əlavə, ölkələr arasında humanitar sahələrdə, xüsusilə təhsil sahəsində əlaqələr var. Azərbaycandan 112 tələbə ABŞ universitetlərində təhsil alır».
Nazir müavini diqqətə çatdırıb ki, cari ilin 8 ayı ərzində kənd təsərrüfatı sahəsində ixrac həcmi 37 faiz artıb, ABŞ şirkətlərinin neft fonduna yatırımlarının ümumi məbləği isə 3 milyard təşkil edib.
ABŞ-ın ölkəmizdəki səfiri Robert Sekuta da iqtisadi əlaqələrimizin bu günü və gələcəyi barəsində nikbin danışıb. Bildirib ki, bu əlaqələri daha da genişləndirmək üçün böyük potensial mövcuddur: «Neft-qaz sektorunda «Cənub Qaz Dəhlizi» çox böyük layihədir. Onun dəyəri hazırda 40 milyard dollar həcmində qiymətləndirilir. Biz ikitərəfli iqtisadi münasibətlərə daha geniş aspektdən baxırıq. Bu gün ölkələr arasında güclü kommersiya bazası formalaşıb. Azərbaycan bizim üçün həm də Rusiya və İranla həmsərhəd olması ilə də çox unikal ölkədir».
Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun rəhbəri Rüfət Məmmədov forumda təqdimatla çıxış edib: «Burada müxtəlif biznes maraqlarının təmsilçiləri iştirak edir. Bu, çox gözəl fürsətdir. Cənab səfirin də dediyi kimi, biz qeyri-neft sektorunda da əməkdaşlıq edirik. Biznes mühiti sahəsindəki əməkdaşlıqda hədəfimiz beynəlxalq şirkətlərin ölkəmizdə uzunmüddətli iştirakını təmin etməkdir».
ABŞ-ın Türkiyədəki səfirliyinin baş kommersiya müşaviri Bill Çaykovski isə bildirib ki, bu il ABŞ-ın ən böyük ticarət missiyasının nümayəndələri Azərbaycana dəvət olunub: «ABŞ iş adamlarının Azərbaycana marağını müşahidə etmək məni məmnun edir. Bu gün Azərbaycana 50 ABŞ şirkətinin nümayəndəsi gəlib ki, bu da 30 iş adamının səfəri deməkdir. Onların məqsədi yerli iş adamları ilə ortaq biznes fəaliyyətini inkişaf etdirməkdir. Burada olduğumuz müddətdə azərbaycanlı iş adamları ilə görüşlər keçirib, əməkdaşlığımızın dərinləşməsini müzakirə edəcəyik».
Qeyd edək ki, biznes forumu çərçivəsində iş adamları arasında ikitərəfli görüşlərin keçirilməsi də nəzərdə tutulub.