vaxtlı-vaxtında oxuyun! Bazar, 24 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Müstəqillik yolu qədər çətin yol yoxdur»

Heydər Əliyev (1923 - 2003)
GÜNDƏM  
10:11 | 11 yanvar 2017 | Çərşənbə Məqaləyə 2567 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Sekuta Vaşinqtona və Bakıya mane olmur

ABŞ səfiri sələfinin taleyini yaşamaq istəmir

Elxan ŞAHİNOĞLU

MÖVZU İLƏ ƏLAQƏLİ

ABŞ-ın yeni prezidenti Donald Trampın keçid komandasının dekabrın 23-də göndərdiyi bildirişdə Barak Obama administrasiyası dövründə təyin olunmuş bütün səfirlərin yanvarın 20-də geri çağırılacağı deyilir. Xəbərlərə görə səfirlərə ABŞ-a qayıtmazdan əvvəl həm peşəkar, həm də şəxsi işlərini başa çatdırmaq üçün vaxt verilməyəcək.

Bu xəbər hələ təsdiqini tapmayıb. Çünki ABŞ-ın qısa müddətdə yüzlərlə ölkədə səfirini geri çağırması prosedur baxımdan mürəkkəbdir. ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekutanın da geri çağırılıb-çağrılmayacağı müzakirə predmetidir. Sekuta 2015-ci ildə Azərbaycana təyin olunub. Robert Sekutanın özü bildirib ki, Donald Tramp onu Azərbaycanda saxlasa, o qalıb işləyəcək. Əslində bununla Sekuta Azərbaycandakı fəaliyyətini davam etdirmək istədiyinə işarə edib. O, yarımçıq geri qaytarılan səfir Metyu Brayzanın taleyini yaşamaq istəmir.

Azərbaycan kimi ölkələrdə səfirləri dəyişdirməyə Trampın ehtiyacı yoxdur. Tramp üçün Rusiya, Çin və İsrail kimi ölkələrdə səfirlərini dəyişməsi vacibdir, çünki Ağ Ev sahibinin yeni xarici siyasətində bu istiqamətlər əsas götürüləcək. Bu ölkələrə təyin olunan yeni səfirlər Trampın yeni xarici siyasət kursunu həyata keçirəcəklər. Görünür, Tramp böyük ölkələrdəki səfirlərini həm də ona görə dəyişməyə ehtiyac duyur ki, Barak Obamanın təyin etdiyi keçmiş səfirlər onun siyasətinə qarşı gizli fəaliyyət göstərməsinlər. Çünki Dövlət Departamenti sistemində də Donald Trampın gələcək xarici siyasətindən narazı olanlar var.

Cənubi Qafqaz yeni Ağ Ev administrasiyasının fəal xarici siyasət həyata keçirəcəyi istiqamətlərdən biri deyil. Ona görə də təcili surətdə Sekutanı dəyişməyə ehtiyac yoxdur.

Digər tərəfdən Robert Sekuta rəsmi Bakıya da mane olmur. Tam əksinə Azərbaycan hakimiyyəti Sekutanın fəaliyyətindən razıdır:

Birincisi, Robert Sekuta keçmiş səfirlər Rino Harniş və ya Riçard Morninqstar kimi insan haqları və demokratiya mövzularında tənqidi açıqlamalar vermir. Məhz bu kimi açıqlamalar həmin səfirlərin Azərbaycan hakimiyyəti ilə münasibətlərinin gərginləşməsinə səbəb olmuşdu.

İkincisi, Robert Sekutanın bir sıra hallarda səsləndirdiyi açıqlamalar rəsmi Bakı tərəfindən müsbət qarşılanır. Məsələn Sekuta Dağlıq Qarabağ ətrafındakı rayonların boşaldılması vacibliyini bildirmişdi və ya amerikalı diplomat Azərbaycanı tolerantlıq nümunəsi adlandırmışdı.

Ona görə də Robert Sekutanın vaxtından əvvəl bir başqa diplomatla əvəzlənməsi rəsmi Bakının da maraqlarına uyğun deyil.


   

MÜƏLLİF

ANKET

Hökümətin ölkədə hansı sahəyə diqqətinin artırılmasını istərdiniz?

  • Elm-təhsil
  • Səhiyyə
  • Sosial Müdafiə
  • Ekologiya, təbii sərvətlər
  • Müdafiə-təhlükəsizlik
  • Mədəniyyət, incəsənət, ədəbiyyat
  • Kənd təsərrüfatı, aqrar sənaye
  • Sahibkarlıq, sənaye (zavod, fabrik)