«Özlərini güvəndə hiss edirlər»
Davud Turan: «İndiki durumda türkmənlər Kərkükdə özəl status əldə edə bilərlər»
Əlirza QULUNCU
MÖVZU İLƏ ƏLAQƏLİ
-
İraqda İŞİD liderləri öldürülüb
Əməliyyatın balansı 15 gündən sonra açıqlanıb
-
Pezeşkianın ilk xarici səfəri
İran prezidenti İraqın müqəddəs şəhərlərini də ziyarət edəcək
-
ABŞ qoşunları İraqdan çıxarılır
Rəsmi Bağdad müddətin uzatılmasını rədd etdi
-
“Narahatlıq yaradacaq heç nə yoxdur”
İraq öz atmosferində meteoritin yandığını təsdiqləyib
-
Ənbar səhrasında “acı zərbə”
İraq-ABŞ birgə əməliyyatında İŞİD komandirləri öldürülüb
-
İraqda dinləmə qalmaqalı
İki yüksək səviyyəli liderin telefonlarına qulaq asan şəbəkə aşkarlanıb
-
Kürd və İran yaraqlıları arasında gərginlik
Haşd əş-Şaabi Təlabaninin partiyası KYB-nin nəzarətində olan neft bölgəsinə daxil olub
-
TSQ İraqı tərk etmir
“Ankara Bağdadla birgə təlim mərkəzinin yaradılması haqqında razılıq əldə olunub”
-
İranda avtobus aşıb
28 nəfər ölüb, 23-si yaralanıb
-
Nota verildi
Britaniya səfirinin sözləri diplomatik insident yaratdı
-
Yaxın Şərqdə vurhavur
ABŞ İraqda İranın dəstəklədiyi qüvvələrə zərbələr endirib
-
Bağdad tələb edir
ABŞ qoşunları İraqdan çıxarılır?
-
Güneydə millətçi olmayanı adam saymırlar
Yaxud İranı Amerika kimi danışdıran ermənilər
-
İŞİD dirilir?
Terrorçular İraqdakı aviabazaya iki pilotsuz təyyarə ilə hücum edib
-
Cücərəcək!
Seçkilər güneylilərə milli ruh verdi, inam toxumları səpdi
-
Pezeşkiyanı çətin bir yol gözləyir
Cəlili prezident və nazirlər kabinetinə nəzarət etmək üçün “kölgə hökumət” yaradıb
Davud Turan deyir ki, güneyli fəalların çoxu kürdlərin dövlət qurmasına qarşı iddia irəli sürmürlər, amma Kərkükün Kürdüstanın içində yer almasına etiraz edirlər. Siyasi şərhçi Amerikanın Səsi ilə söhbətdə Kərkük vilayətində baş verən son olayları dəyərləndirməklə yanaşı bölgədə yaşayan türkmən əhalinin siyasi gələcəyi haqqında düşüncələrini paylaşıb.
Davud Turan keçən illərdən bəri cərəyan edən və Kərkük ətrafında yaranmış hazırkı böhrana yol verən prosesi belə izah edir: «Öncələr Kərkükə özəl bir status verilməsi müzakirə edilirdi. Amma, kürdlər bunu rədd edib, Kərkükü Kürdüstan dedikləri torpaqların içində göstərirdilər. Sonra referendum məsələsində o torpaqları da öz içinə qataraq yüksək səslə «bəli» qərarı çıxdı».Turanın dediklərinə görə, Kərküklə bağlı daha öncə kiçik miqyasda razılaşmalar olmuşdu, amma buranın «hər zaman partlamağa hazır bir bomba» olduğu deyilirdi.
«Son günlərdə də bunu gördük. Əlbəttə kürd qüvvələri geri çəkilib və dirənmədən Kərkükü İraq Ordusu və Haşdi Şabi (İraqlı şiələrinin yarı-hərbi milis qüvvəsi) güclərinə verdilər. Amma dirənsəydilər, ki bundan sonra da bunun ehtimalı vardır, yenə də Kərkük üzrə bir müharibənin çıxması mümkündür», o, əlavə edir.
Siyasi şərhçi İran Azərbaycanında milli fəalların İraq Kürdüstanının keçirdiyi müstəqillik referendumuna dair baxışlarında da Kərkük mövzusunun əsas yer tutduğunu önə çəkir.
«Təkcə Kürdüstan dövlətinin qurulması məsələsi deyil, dünyanın hər yerində bir müstəqillik hərəkatı varsa, və biz də müstəqillik hərəkatı yürütdüyümüzü iddia ediriksə, bunun qarşısında durmağımız, öz hədəflərimizə qarşı olmaq anlamına gələr. Burada məsələ nədir? Kürdlərin əksəriyyətdə olmadığı yerləri Kürdüstanın içində göstərmək... Oradakı hakimiyyətin «Rudaw» kimi media quruluşlarında Urmiyanı və Güney Azərbaycanın digər bölgələrini öz xəritələrində göstərirlər. Milli fəalların etirazı buna idi».
Davud Turan hesab edir ki, türkmənlərin çoxu İraq Mərkəzi Hökumətinin idarəçiliyi altında yaşamağa üstünlük verirlər, «Çünki, orada özlərini güvəndə hiss edirlər. Torpaqlarının ərəbləşəcəyini düşünmürlər. Amma digər vəziyyətdə oranın kürdləşdirilməsi qorxusu ilə qarşı-qarşıya olurlar. Birinci səbəbi budur. İkinci bir ehtimal da bu ki, İraq Mərkəzi Hökuməti altında özəl bir status və özünüidarəetməyə gedə biləcək bir sistem əldə bilərlər», o deyir.
Türkiyə mediası xəbər verir ki, Kərkükün idarəçiliyi ilə bağlı İraqın kürd azlığına mənsub prezidenti Cəlal Tələbani dönəmində qəbul edilən plan son olaylardan sonra yenidən gündəmə gəlib.
Bu plana əsasən, Kərkük vilayətinin idarə quruluşu bərabər şəkildə türkmən, kürd və ərəb icmalarına verilir. Belə ki, vilayət məclisində üç etnik azlığın hər biri 32 faizlik kvota ilə təmsil olub, yerdə qalan dörd faiz isə digər azlıq qrupların təmsilçilərinə ayrılacaq. Bu plan Türkiyənin hakim partiyası AKP, həm də əsas müxalif partiya CHP tərəfindən dəstəklənir.