DTX Miryusif Soltanovu həbs etdi
O casusluq etməklə dövlətə xəyanətdə şübhəli bilinir
Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) davam edən araşdırmalar nəticəsində Azərbaycan Respublikası vətəndaşlarını ölkədən kənara çıxararaq xarici dövlətin xüsusi xidmət orqanı əməkdaşlarının əlaqəsinə verməkdə, maddi maraq müqabilində casusluq formasında dövlətə xəyanət etməkdə şübhəli bilinən Azərbaycan Respublikasının vətəndaşı Soltanov Miryusif Mirmahmud oğlu saxlanılıb.
Bu barədə virtualaz.org-a DTX-nın İctimaiyyətlə əlaqələr üzrə şöbəsindən məlumat verilib.
Məlumatda deyilir ki, Miryusif Soltanov Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsilə cinayət məsuliyyətinə cəlb edilərək, məhkəmənin qərarı ilə barəsində həbs-qətimkan tədbiri seçilib.
Hazırda istintaq-əməliyyat tədbirləri davam etdirilir.