2 terror təşkilatı Azərbaycanı hədələdi...
... MTN açıqlama verdi
«Meşə Qardaşları» və «Ceyşullah» terror təşkilatları sosial şəbəkələrdə Azərbaycanla bağlı təhdid bəyanatı yayıb. «Meşə Qardaşları» adından yayılmış bəyanatda deyilir ki, onlar bir təşkilat olaraq artıq Azərbaycan iqtidarına qarşı hərbi əməliyyatlara start verib.
«Ceyşullah» («Allahın Ordusu») adından yayımlanan bəyanatda isə sözügedən təşkilatın tezliklə Azərbaycanda cihad elan edəcəyi qeyd edilib. Milli Təhlükəsizlik Nazirliyi (MTN) yayılan məlumatlara münasibət bildirib. Nazirliyin İctimai Əlaqələr Mərkəzinin rəhbəri Arif Babayev APA-ya bildirib ki, Azərbaycan Respublikasının milli təhlükəsizliyinə və maraqlarına mümkün təhdidlərin qarşısının alınması üçün bütün zəruri qabaqlayıcı tədbirlər həyata keçirilir, əməliyyat şəraitinə nəzarət olunur.