«Onun qafasına sıxacağam»
«Azəri qızı» Günel həbs edildi
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Tillerson Ankaraya səsləndi
«Saxlanılan diplomatların günahını sübut edin!»
-
Uşaqları şəbəkədən necə qoruyaq?
Azyaşlıların mənfi vasitələrdən uzaq tutulmasında valideynlər böyük məsuliyyət daşıyır
-
«Qızım bu dəqiqə yatır»
Rəhman Zeynalov «Azəri qızı Günel»in həbs olunması xəbərindən danışdı
-
«Azəri qızı» Günel adıyla məşhurlaşan müğənni Günel Zeynalova keçmiş sevgilisi, hazırda həbsdə olan Rza Zərrabı «qafasına sıxacağam» sözlərilə ölümlə hədələdiyi iddiasına görə mühakimə olunub. ANS PRESS-in Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, müğənniyə 6 ay azadlıqdan məhrum etmə cəzası verilib.
Hakim Günelin hədə-qorxu gəldiyinə görə 6 ay azadlıqdan məhrum edilməsinə, yenidən cinayət işləməyəcəyi istiqamətdə qənaət hasil olduğundan qərarın açıqlanmasının təxirə salınmasına qərar verib.
Günel, daha öncə Zərrab ilə aralarında keçən telefon danışıqları razılığı olmadan ifşa etdiyi səbəbilə «Xəbərləşmənin gizliliyini pozmaq» cinayətindən də 9 ay müddətinə həbs cəzasına məhkum edilmiş, bu qərarın da açıqlanması təxirə salınmışdı.