vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)

«Bir kərə yüksələn bayraq bir daha enməz!»

Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)
ŞOU BİZNES  
11:37 | 5 fevral 2014 | Çərşənbə Məqaləyə 2810 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Qızım bu dəqiqə yatır»

Rəhman Zeynalov «Azəri qızı Günel»in həbs olunması xəbərindən danışdı

MÖVZU İLƏ ƏLAQƏLİ

Türkiyədə yaşayıb fəaliyyət göstərən Günel Zeynalovanın həbs olması barədə sənətçinin atası ANS PRESS-ə açıqlama verib. Rəhman Zeynalov bildirib ki, bu cür söz- söhbətlərin əsası yoxdur. «Həbs nədir axı, səhər-səhər yatmışıq hər kəs zəng vurub bizi axtarır. Kim bu xəbərləri çıxardır xəbərimiz yoxdur, qardaşım səhər tezdən bizə xəbər verib ki, belə bir söz-söhbət yayılıb. İki gündür Bakıdan qayıtmışıq, albom hazırlığı ilə məşğuluq», - deyə Günelin atası bildirib.

Rəhman Zeynalov qeyd edib ki, Türkiyə mətbuatında yazıldığı kimi məhkəmə belə olmayıb. Bunlar hamısı 5 il əvvəl baş verən söhbətlərdir: «Bu 5 il bundan qabaq gedən məsələdir, o vaxt bizə şər atmışdılar. Rza hara biz hara hamısı boş söhbətlərdir. O vaxt Günel Rza Zərrabın sürücüsünə demişdiki «get patronuna de məndən əl çəksin yoxsa başına limon sıxaram» (gülür). Onu da o mənada deyib ki, yəni turşuyarsan məndən uzaq gəz».

Atası bildirib ki, Günel gələn həftə türk müğənni Gülbən Ərgənin proqramının qonağı olacaq və proqrama hazırlaşır. 

«Mən özüm Türkiyə mediası ilə əlaqə saxlayıb məsələni araşdıracam nəyə görə bunu yazıblar».
Xatırladaq ki, gecə Türkiyə mətbuatında Günel Zeynalovanın eks sevgilisi Rza Zərrabı «başından güllələyərəm» sözlərini deyərək ölümlə hədələdiyi iddiasına görə mühakimə olunduğu xəbəri yayılıb. Məlumatda müğənniyə 6 ay azadlıqdan məhrum etmə cəzası verildiyi deyilirdi.