Gənc yazarlara dəstək
Layihə üç mərhələdə davam edəcək
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Daha parlaq gələcək ...
Hər bir gənc öz işinin peşəkarı, mübariz, milli-mənəvi dəyərlərə sadiq vətənpərvər olmalıdır
-
Gənclər Fondunun Müşahidə Şurasının iclası keçirilib
2018-ci ilin hesabatı, 2019-un isə fəaliyyət planı müzakirə olundu
-
Yusuf Məmmədəliyev gənclər fonduna rəhbər oldu
Birinci vitse-prezidentin köməkçisinin daşıdığı vəzifə üçə yüksəldi
-
«Facebook» əhlinin infarkt etdiyi şairlər
Siyasi havanın qızdığı vaxtlarda yazarın nə hünəri var sevgidən-mevgidən yazsın
-
Azərbaycançılıq tarixinin önəmli günü
«Prezidentin və Birinci-vitse prezidentin həyata keçirdiyi siyasətdən ən çox gənclik qazanacaq»
-
Gənclər fondu sərgi təşkil etdi
Həvəskarlar üçün fotojurnalistika təlimi də keçirilib
-
Doğum günündə həlak olan komandir
741 saylı batalyonun simvolu Məhərrəm Seyidovun xatirəsinə film çəkilib
-
Qum Heykəltəraşlığı və Qraffiti Festivalı
Layihə 3 gün çəkəcək
-
«Gənc yazarlara xəbərdarlıq!»
-
«Məcburi köşə»
-
«İstefada olan yazıçılar»
«...sizi ya yox edər, ya yumora çevirər.» Özkan Şahin
-
«Nə olsun Mirzə Ələkbər deyil, Salahzadə Ələkbərdi»
-
«Bir qab da oxucuya çək...»
Bu ölkədə 9 milyon dahi var
-
Prezident yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “Gənc qələm sahibləri” adlı layihənin icrasına başlanılıb. Təşkilatçıların virtualaz.org saytına verdiyi xəbərə görə, burada məqsəd yaradıcı və istedadlı gənclərə dəstək olmaq, onları düzgün istiqamətləndirmək, təbliğinə və tanıdılmasına nail olmaqdır. Layihədən 29 yaşına kimi olan gənc yazarlar faydalana biləcək.
12 fevral - 12 aprel 2014- cü il tarixlərini əhatə edəcək layihə çərçivəsində indiyədək müxtəlif obyektiv və subyektiv səbəblərdən əsərlərini çap etdirə bilməyən gənc yazarların şer, esse, hekayə və tərcümələrindən ibarət antologiya dərc olunacaq.
Layihənin icrası sırf istedadlı gənc yazarların aşkarlanmasına, inkişafına, tanıdılmasına xidmət edəcək və o, üç mərhələdə icra olunacaq.
Birinci mərhələdə mediada və sosial mediada verilən elanlardan sonra müraciət edən gənc yazarlar tərcümeyi hal, fotoşəkil və ən yaxşı əsərlərindən bir neçəsini [email protected] elektron ünvanına göndərəcəklər.
Ekspertlər heyətində müraciət edən yazarların əsərlərinin ədəbi janrlarına uyğun olaraq yazarlar toplanacaq. İkinci mərhələdə münsiflər həmin müraciət edən gənc yazarların təqdim etdikləri əsərləri təhlil edəcəklər. Seçilmiş əsərlərin müəlliflərinin adları mətbuat və sosial şəbəkələrlə vasitəsi ilə də elan olunacaq. Hər müəllifin bir və ya bir neçə əsəri çap olunacaq kitab üçün toplanacaq. Həmçinin seçilmiş əsərlərin bir qismi müxtəlif qəzet və jurnallarda o cümlədən internet portallarında dərc olunacaq.
Sonuncu mərhələdə isə ekspertlər heyəti tərəfindən seçilmiş əsərlər korrektor və redaktor nəzarətindən keçdikdən və həmin əsərlərə rəssam tərəfindən maraqlı illüstrasiyalar işləndikdən sonra əlyazmalar naşirə veriləcək.
Antologiya hazır olduqdan sonra bütün gənc müəlliflərin, mətbuat və QHT nümayəndələrinin iştirakı ilə Bakıda geniş təqdimat mərasimi keçiriləcək. 1000 tirajla çap olunacaq topluda əlliyə yaxın gənc yazarın əsərinə yer verilməsi nəzərdə tutulub.
Xatırladaq ki, layihənin müəllifi hər birimizin mətbuatdan və ədəbiyyatdan Qurbanəli Ömər kimi tanıdığı gənc yazar Qurbanəli Vidadi oğlu Yusibovdur.