Moskvadan ikibaşlı mesaj
MDB paytaxtlarına şimaldan hədə kimi ismarış; SSRİ-nin aqibətini yaşamaq istəməyən Putin Rusiyasının «Yaxın xaric»ə qəzəbi artır
Analitik xidmət
MÖVZU İLƏ ƏLAQƏLİ
-
“Ukraynadakı münaqişələr qlobal xarakter alıb”
Putin: “Silahlarından istifadə etməyə icazə verən ölkələrə qarşı cavab hüququmuz var”
-
Şimali Koreyalı general Kurskda yaralanıb
Rusiyanın Qərbi qorxudan yeni raketi: “Soyuq Müharibə doktrinası sona çatdı”
-
Putin nüvə silahı demədi
Kreml təhlükənin miqyasının fərqindədir
-
“10 əsgər göndərilib”
Pentaqon Şimali Koreyanın Rusiyaya canlı qüvvə ilə dəstək verdiyinə əmindir
-
Vaşinqtondan Kiyevə silah icazəsi çıxmadı ...
... Amma Putinin nüvə təhdidinə daha ağır cavab verildi – kaset bombalar
-
NATO hazırlıqlarına başladı!
Alman ordusu xəbərdarlıq etdi – 3-cü Dünya müharibəsi qapının astanasında
-
78 PUA və 6 raketlə ...
... Rusiyadan Ukraynaya hava zərbəsi
-
Kremldən hədə dolu açıqlama
“Rusiyanın nüvə doktrinasında yeniliklər Qərbə siqnaldır”
-
Qırmızı terrorun təbliğatı
Sovet hakimiyyətinin ilk illərində ailələr niyə öz övladlarını qətl edirdi?
-
“Müasir hərbi təhdidlər nəzərə alınacaq”
Putin: “Rusiya və Belarusa qarşı hücum olacağı təqdirdə nüvə silahından istifadə etmək hüququnu özümüzdə saxlayırıq”
-
“Hər dəfə milyard dollarla gedir”
Trampın Ukraynanı qəzəbləndirəcək açıqlaması
-
Terrorçulara rus raketləri
İran Husilərə Rusiyanın “Yakhont” dəniz raketlərinin çatdırılmasında vasitəçilik edir
-
Müharibə qaçılmazdır?
Azərbaycanın hərbi gücünü artırmasının səbəbləri
-
“Məğlubedilməz şeytanı” məğlub oldu
“Satan II” havada partlayıb
-
11 saatdan çox uçub
Rusiya bombardmançıları ABŞ yaxınlığında görülüb
-
Müəmmalara qapılan Kaplan
Leninə sui qəsdi qardaşı törədib yoxsa anarxistlər?
ABŞ və Rusiya arasında yeni «soyuq savaş» mehləri getdikcə güclənir. Artıq tərəflər arasında informasiya müharibəsi də miqyasını genişləndirməkdədir. Suriyada öldürülən «Vaqner»çilər - muzdlu rus hərbçiləri mövzusu ətrafında yaşanan təbliğat və antitəbliğat savaşı, habelə Moskvanın bu müdhiş faktı hələ də gizlətməyə çalışması buna sübutdur. Putinin yaxın səlahiyyətli nümayəndəsi, politoloq Sergey Markov iddia edib ki, V.Putinin yenidən prezident seçilməsin əngəlləmək üçün Qərb Donbasda müharibəni qızışdıra bilər.
Müşahidələr göstərir ki, ABŞ-la getdikcə daha da kəskinləşən qarşıdurmadan ən çox Putin Rusiyası narahatlıq keçirir. Niyə? Ona görə ki, Moskva Amerikaya qarşı effektli və açıq rəqabət üçün iqtisadi, siyasi və hərbi qüdrətinin yetərli olmadığını bilir. Rusiya həmçinin ondan narahatdır ki, ABŞ Kremlin olan-qalan dost-müttəfiqlərini də əlindən almaq siyasəti aparır. Aşağıda gətirdiyimiz sitat buna bariz dəlil sayıla bilər.
«Rusiya və Qazaxıstan Mərkəzi Asiyada geosiyasi oyunların baş verməməsi üçün çox şey edə bilər». Bunu Rusiya xarici işlər naziri müavininin katibi Qriqori Karasin söyləyib. «Bu cür oyunları biz postsovet məkanının digər hissələrində görürük. Mən artıq sizə Yaxın Şərq və Şimali Afrikadan danışmıram. Ekspertlər artıq qeyd edirlər ki, üçüncü ölkələr MDB-yə, Avrasiya İqtisadi Birliyinə, Şanxay Əməkdaşlıq Təşkilatına və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv dövlətlər arasında rəqabət və təhlükəli fikir ayrılıqları formalaşdırmağa cəhd edir. Bu istiqamətdə isə antirusiya sanksiyalarından istifadə edilir və Rusiya ilə əməkdaşlığa sadiq qalanlar təhdid edilir», - deyə o bildirib.
***
«Üçüncü ölkələr» deyəndə Rusiya XİN yetkilisi sözsüz ki, ABŞ və onun anti-Rusiya mövqeyini müdafiə edən digər Qərb (Avropa) dövlətlərini nəzərdə tutur. Ötən ilin dekabrında ABŞ-ın açıqladağı yeni Milli Təhlükəsizlik Strategiyasında Rusiya üç ən təhlükəli ölkələrdən biri kimi göstərilib. Keçən aydan - yanvardan isə ABŞ-ın Rusiyaya qarşı yeni sanksiyaları işə düşüb. Bu azmış kimi, ABŞ-ın maliyyə naziri Stiven Mnuçin ötən həftə bəyan edib ki, qarşıdakı ay ərzində Kremlə qarşı sanksiyalar daha da sərtləşdiriləcək.
Söhbət həm silah satışı ilə bağlı xəbərdarlıqdan, həm də real maliyyə-iqtisadi sanksiyalardan və Moskvanı daha ciddi təlaşa salan qara «Kreml siyahısı»ndan gedir. Yeri gəlmişkən, Rusiya təkcə silah tədarükü sahəsində artıq 3 milyard dollar itirib. Çünki alıcı ölkələr rus silahları ilə bağlı tərəddüd eləməyə başlayıb və imzalanan bir sıra müqavilələr ləğv olunub.
Təbii ki, ən çox təlaş keçirən ölkələrdən biri və birincisi işğalçı Ermənistandır. Çünki İrəvan Moskvadan silahı ən ucuz, sırf daxil bazar qiymətinə və bir qayda olaraq, aşağı faizli kredit hesabına alır və başqa ölkələrdən nəinki bu qiymətə, ümumiyyətlə, hər hansı qiymətə silah-sursat əldə etməyə Ermənistanın maliyyə imkanı yetərli deyil.
Üçüncü yandan, bəllidir ki, Sərkisyan rejimi Qarabağ məsələsinə görə neçə vaxtdır təhlükəli «iki stul»da oturmaq siyasəti yürüdür. Yəni özünü Rusiya ilə yanaşı, Qərbin - ABŞ və Avropanın da dostu kimi göstərməyə çalışır, Qərbə reveranslar edir, tez-tez NATO təlimlərinə qatılır. Kəskinləşən ABŞ-Rusiya münasibətləri, yeni «soyuq müharibə» ruzigarları və Amerikanın yeni sanksiyaları isə belə «ikili oyunu» faktiki, mümkünsüz edir. Əks təqdirdə, İrəvan Kremlin qəzəbinə tuş gələ bilər.
Əslində Karasinin yuxarıdakı açıqlaması da öncəliklə Ermənistan kimi «əl dövlətlərə» mesajdır ki, Amerika siyasətinin yedəyində getməyi ağlından belə keçirməsin, Qərbə reverans eləməyi unutsun. Moskvanın ən sərt şəkildə və asanca cəzalandıra biləcəyi ölkə isə məhz Ermənistandır. Təzyiq üsulu kimi Qarabağ rıçaqı elə kifayətdir.
***
Sözsüz ki, həmin açıqlamada Bakıya ünvanlı da incə, eyni zamanda təhdid xarakterli xəbərdarlıq var. O anlamda ki, Azərbaycan da Avrasiya layihələri ilə bağlı (Avrasiya İqtisadi Birliyi, Gömrük İttifaqı, KTMT) öz seçimini sürətləndirsin. Lakin Bakının haqlı şərti və tələbi var - öncə Qarabağ, torpaqlar. Azərbaycan heç nə baş verməmiş kimi, həmin birliklərdə işğalçı ilə birgə təmsil olunmayacağını dəfələrlə, açıq şəkildə bəyan edib.
İstənilən halda, ehtimal eləmək olar ki, Rusiyadakı prezident seçkilərindən sonra Moskvanın MDB paytaxtları, «Yaxın xaric»lə bağlı siyasəti daha konkret və sərt xarakter daşıyacaq. Yəni «Ya Rusiya, ya da...»
Bunu həm də Rusiya dövlətçiliyinə artan təhlükə diktə edir. Təsadüfi deyil ki, Qərbin güclənən sanksiyaları fonunda, SSRİ-nin aqibətini yaşamamaq üçün Putin Rusiya Federasiyası daxilində milli-muxtar qurumlarla bağlı da sərt kurs götürüb, bu qurumların xüsusən də Tatarıstanın səlahiyyətlərini azaltmağa çalışır. Kəsəsi, Moskva mərkəzdən qaçma proseslərini nəzarətə götürməyə girişib. Lakin bu siyasət bumeranq effekti də verə bilər. Çünki Rusiya SSRİ-nin azca sıxılmış forması sayılır.
Ukraynalı tanınmış ekspert Vitali Portnikov da hesab edir ki, Putin rejimi və postsovet Rusiyası enində-sonunda dağılacaq. Politoloq bunu «Espreso» televiziyasına müsahibəsində söyləyib. Onun fikrincə, Ukrayna da Krımı yalnız Kremldəki hakim rejimin zəifləməsindən sonra geri qaytara biləcək.
«Qərb sanksiyaları Kremli zəiflədir, amma bu proses çox zəif gedir. Sivil dünya aqressiya ilə razılaşmaq istəmir. Əgər hətta Qərbdəki rusiyayönlü lobbi sanksiyaların yumşaldılmasına cəhd etsə, Putin rejiminə qarşı təzyiqlər yoxa çıxmayacaq. Əslində bu sanksiyalar müəyyən qədər Kremlin əlinə də oynayır. Bunun hesabına hökumət elektoratın sayını artırır, güc strukturlarını zənginləşdirir, müdafiəyə ayrılan pullardan gəlir əldə etməyi bacarır. Uzunmüddətli gələcək isə aydındır. Qərb bir müddət sonra uğur əldə edəcək. Yəni Putin rejimi və hətta postsovet Rusiyası da dağılacaq».
Azərbaycana isə bu kimi proqnozları və prosesləri diqqətlə izləmək, adekvat və çevik reaksiya vermək qalır...