Yunis Hüseynov yenə həyəcanlanıbmış
«Fikirləşdim ki, yenə həmin şey təkrarlanacaq?»
MÖVZU İLƏ ƏLAQƏLİ
-
«Sumqayıt»ın tək ağası
Abasovun klubu avrokuboklara doğru inamla irəliləyir
-
Nərimanoğlu məcbur edilir
«Aradan çıxarılan» pulları «Kəpəz»ə qaytarmağa...
-
«Keşlə»dəki Nərimanoğlu
«Bu məsələnin ictimailəşməsini istəmirik»
-
«Əlimin içi kimi bilirəm»
Şahin Diniyev: «Hətta bundan sonra hansı addımı atacaqlarından da xəbərim var»
-
«Vəziyyətimiz acınacaqlıdır»
Şahin Diniyev: ««Kəpəz»in tutduğu yer Gəncəyə yaraşmır»
-
«Qorxuram ki, öləm və dünya çempionatını görməyəm»
Deputat Azərbaycan çempionatını «Bakı birinciliyi» adlandırdı
-
«Meydanda istirahət edənlər bizə lazım deyil»
«Paşayevlə bağlı yekun qərarı rəhbərliklə birgə müzakirə edəcəyik»
-
Baş məşqçi qovuldu
Mübariz Mənsimov Çətin məsələsini asan həll etdi
-
Baş məşqçini bıçaqladılar
«Simurq»dan bir müddət əvvəl ayrılan futbol adamına dörd bıçaq vurulub
-
«Sən öl, belə olmalıydı»
Azərbaycan futboluna Şahin Diniyev, Ağasəlim Mircavadov, Nazim Süleymanov lazım deyil...
-
«Kəpəz»in baş məşqçisi Yunis Hüseynov Topaz Premyer Liqasının XVIII turunda «Səbail» üzərində evdə 2:1 hesablı qələbə qazandıqları oyundan sonra mətbuat konfransı keçirib.
- Oyun çox ağır keçdi. Qələbə istəyimiz böyük idi. Qış fasiləsindən sonra xal qazanmamışdıq. Ancaq oyunumuz pis deyildi. Komandamdan razı idim. Əfsuslar olsun ki, son dəqiqələrdə bir səhvdən qol buraxaraq uduzmuşduq. Ən çətin oyun bugünkü idi. Çünki «Səbail» «Qəbələ»yə qalib gəldiyindən ruh yüksəkiyi vardı. Futbolçular verdiyimiz tapşırıqları yerinə yetirdilər. Sevindirici haldır ki, yaxşı oyunla qalib gəldik. İnanıram ki, bu qələbənin davamı gələcək. «Səbail»i də uğurlar arzulayıram. Çalışacağıq ki, növbəti matçlarda daha yüksək səviyyədə oynayaq.
- İki futbolçunuz - Dedimar Fereyrayla İlkin Sadıqov bu gün zəif oynadılar. Dedimarı fasilədə əvəzləsəniz də, İlkini sonradan dəyişdiyiniz. Onu bu qədər şans verməyə nə lüzum vardı?
- Deməzdim ki, onlar zəif idilər. Dedimarın qolda səhvi vardı. Həm də sərt oynayırdı, sarı vərəqəsi vardı. Qorxdum ki, ikinci «sarı»nı alaraq meydandan çıxarılar. Ona görə fasilədə dəyişdim. İlkindən isə narazı qalmamışdım, meydanda mübarizə aparırdı. Futbolda texniki səhvlər olur. Buna önəm vermirəm. Əsas biz deyən tapşırıqları yerinə yetirməkdi ki, Sadıqov onu edirdi.
- Məşqçilik karyeranızda yubiley - 250-ci oyunu keçirdiniz...
- Açığı, bunu bilmirdim. Xoş sürpriz oldu.
- İlk hissədə Darioyla söhbələşərək ona nəyisə başa salırdınız. Maraqlıdır, braziliyalı futbolçuyla nə dilində danışırsınız?
- Futbol terminləri eynidir. Darioya başa salırdım ki, qaçırdığı epizodda topu birbaşa qapıya vurmalı idi. Hər halda, ingilis dilində olan «shoot» sözünü bilirəm (gülür).
- Sizcə, Federiko əvvəlki formasını bərpa edib?
- Deməzdim. İstək var, ancaq əvvəlki formasına hələ düşməyib. Ümumiyyətlə, komandam hələ mən istədiyim futbolu oynamır. Yemi komandadır və zaman lazımdı.
- Gürcü futbolçunuz hesabında sarı vərəqə ola-ola çox aqressiv oynayırdı. Az qala 2-cini alaraq meydandan qovulacaqdı...
- Düzdü, o, sərt oynayırdı. Fasilədə nəinki gürcü legionerimizə, bütün futbolçularımıza tapşırmışdım ki, ehtiyatlı oynayın. Giya sərt oynayanda kapitanımız Şəhriyar Rəhimova dedim ki, ona başa sal ki, o dərəcədə sərt oynamasın.
- «Kəpəz» bu il son 10 dəqiqədə qol buraxaraq uduzub. 80-ci dəqiqədən sonra düşündünüz ki, yenidən qol buraxaraq uğursuz nəticəyə imza atacaqsınız?
- Açığı, 80-ci yox, 85-ci dəqiqədə sonra bir az həyəcanlandım. Çünki Bakıdakı matçlarımıza həmişə o vaxt buraxırdıq. Fikirləşdim ki, yenə həmin şey təkrarlanacaq?
- Murad Səttarlı niyə hələ də oynamır?
- O, Antalyada çox ciddi zədə almışdı. Buna görə də xeyli müddət hazırlıqdan kənarda qaldı, formadan düşdü. Bu yaxında sağalıb və artıq komandayla məşqlərə başlayıb.
- Müdafiədə dəyişiklik etməyiniz nəylə bağlıdır? Şəhriyar Əliyev sağ cinah müdafiəçisi oynayırdı...
- O, futbola məhz bu mövqedə başlayıb, sonra mərkəzdə oynayıb. «Səbail»də ucaboylu, başlaya yaxşı oynayan futbolçu çox olduğundan müdafiədə taktiki dəyişiklik etdim. Sizə deyim ki, Əliyev sağda pis oynamadı.