vaxtlı-vaxtında oxuyun! Şənbə, 20 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Barış Manço (1943 - 1999)

«Keçmişini tanımayan bugününü anlaya, sabahını isə qura bilməz»

Barış Manço (1943 - 1999)
TOP OYUNLARI  
20:36 | 8 noyabr 2017 | Çərşənbə Məqaləyə 3061 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Əlimin içi kimi bilirəm»

Şahin Diniyev: «Hətta bundan sonra hansı addımı atacaqlarından da xəbərim var»

Elnur HƏMİDOV

MÖVZU İLƏ ƏLAQƏLİ

Son vaxtlar «Kəpəz»lə bağlı söz-söhbətlər səngimək bilmir. Əvvəlcə klubun Müşahidə Şurasının üzvü Mikayıl Nərimanoğlu yol verdiyi hüquqi və maliyyə pozuntularına görə AFFA tərəfindən geri çağırıldı. Az sonra isə o, federasiyadakı Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri vəzifəsindən kənarlaşdırıldı. Bundan sonra isə «sarı-göylər»in baş məşqçisi Şahin Diniyevin rəhbərlik tərəfindən istefaya göndəriləcəyi barədə xəbərlər yayıldı. Hətta onu əvəz edəcək məşqçilərin də adları açıqlandı.

Məsələni aydınlaşdırmaq üçün Diniyevlə əlaqə saxladıq. 51 yaşlı mütəxəssis müsahibəsində istefa xəbərləri ilə yanaşı, komandanın hazırkı vəziyyəti barədə bir çox mətləblərə aydınlıq gətirdi.

 

- Son vaxtlar mətbuatda sizin istefaya göndərilməyinizlə bağlı məlumatlar yayılıb...

- Bu barədə danışmışam. Yenə eyni şeyləri təkrarlamaq istəmirəm. Hamısı şayiədir, yalan söhbətlərdi.

 

- Klub rəhbərliyi mövsümün əvvəlində sizin qarşınıza hansı məqsədi qoymuşdu?

- Rəhbərlik tərəfindən qarşımıza hansısa məqsəd qoyulmamışdı. Ancaq biz özümüz Avropa Liqasına vəsiqəni hədəfləmişdik.

 

- Transferlər bu məqsədə uyğun edilmişdi?

- Xeyr, büdcəmizə uyğun transferlər etmişik. Özümüz bu məqsəd uğrunda mübarizə aparmağı qarşımıza hədəf kimi qoymuşduq. İndi də eyni məqsəd uğrunda mübarizə aparırıq. Son pillədə qərarlaşmağımıza baxmayaraq, hələ heç nə bitməyib.

 

- «Kəpəz» son 5 oyunda 6 xal qazanıb ki, bura iddialı «Qəbələ» ilə səfər oyunundakı qələbə də daxildir...

- Ümumiyyətlə, məsələnin kökünə baxsaq, qarşımızda əsas məsələnin yeni komandanın yaradılması olduğunu görərik. Həm də, biz 11 oyunun 9-nu səfərdə keçirmişik ki, bu da, gənclərdən ibarət komanda üzərində böyük bir təzyiq yaradırdı. Həmin 9 matçdan heç olmasa, 2-ni evdə keçirsəydik, daha çox xal toplayaraq, 4-5-ci pillələrdə qərarlaşa bilərdik. Belədə, komandada da özünəinam daha da artardı. Lakin həm yeni - gənc komandanın qurulması, həm də, oyunlarımızın demək olar, hamısını səfərdə keçirməyimiz indiki nəticələrə səbəb oldu. Səfərdə keçirdiyimiz bu 9 oyunda 7 xal toplamışıq. Bundan sonrakı oyunlarımızın çoxu evdə olacaq. Qarşıdakı 10 oyunumuzdan 7-8-ni evdə keçirəcəyik. Bu oyunlarda qazanılacaq bir qələbə çox şeyi dəyişəcək.

 

- Rəhbərliklə mövsümün gedişində komandanın vəziyyəti ilə bağlı söhbətiniz olub?

- Əlbəttə, dəfələrlə danışmışıq. Hamı da hazırkı vəziyyəti başa düşür. Artıq ev oyunlarımızı doğma meydanda keçirməyə başladıqdan sonra hər şeyin daha yaxşı olacağını düşünürük. Sadəcə, bir az zamana ehtiyac var. Son qarşılaşmalar da komandanın oyununda yüksəliş olduğunu göstərdi. «Qarabağ»la son matçda da yaxşı çıxış etdik. Məncə, oyun varsa, nəticə də gec-tez özünü göstərəcək.

 

- Qarşıda 10 günlük fasilə var. Sizcə, bu fasilənin komandaya nə dərəcədə köməyi olacaq?

- Çox. Yeni yaranan komanda üçün hər günün xeyri var. Bu fasilə də futbolçuların bir-biriylə anlaşma səviyyəsinin yüksəlməsinə çox böyük kömək olacaq. Həm «İnter»lə səfər, həm də «Qarabağ»la ev oyunu göstərdi ki, komanda artıq tam oturuşmaq üzrədir. Hətta «Qarabağ»la oyunda ilk qolu biz vursaydıq, daha yaxşı nəticə qazana bilərdik.

 

- İstər maaşla bağlı, istərsə də istefaya göndəriləcəyinizlə bağlı iddialar olsun - sizcə, bunlar qəsdən yaradılmış söz-söhbətdi?

- Bəli, hətta yerini də deyə bilərəm. Gəncədən gələn məlumatlardı. Saytlar da bu məlumatları yoxlamadan verirlər. Heç olmasa, istefaya yollanandan və ya istefaya yollayandan bu barədə məlumat almaq, xəbəri dəqiqləşdirmək lazım idi. Təəssüf ki, çoxu bunu etmədi. Bu, komandanın içindən yox, kənardan, bəzi insanlar tərəfindən atılmış addımlardı.

 

- Kimlər olduğunu bilirsiz?

- Bəli, əlimin içi kimi bilirəm. Hətta bundan sonra hansı addımı atacaqlarını da bilirəm. Bu dəst-xətt, iş üslubuna baxanda, bəlli olur hardan gəlir.

 

- Bundan təxminən 12 il öncə, «Gəncə»də çalışdığınız zaman da belə hallar olmuşdu...

- Gəncədə belə şeylər həmişə olur. Burda həmişə təzyiq altında çalışmağa məcbur olursan. Bizim etməli olduğumuz əsas şey bu təzyiqlər qarşısında bərk dayanıb, nəticə göstərməkdi.

 

- Bu, eyni qüvvələrdi?

- Belə deyək, oxşar hadisələrdi.

 

- Komandada qış fasiləsi ilə bağlı planlar indidən qurulmağa başlanıb?

- Komandaya bu yaxınlarda iki yeni futbolçu daxil etdik. Hər ikisi hazırda ideal formasından uzaqdır. Bunlar Məhəmməd Qurbanov və Mansur Badı. Hər ikisi yaxşı futbolçulardı. İlyas Səfərzadə, İlkin Sadıqov, Tural Rzayev, Kamran Abdullazadə, Azər Məmmədov kimi oyunçular komandanın əsas üzvlərinə çevriliblər. Son vaxtlar bu futbolçuların oyununda irəliləyiş hiss olunur. Son oyunlar da sübut etdi ki, komandada yüksəliş var. Qarşıdakı oyunlarda daha yaxşı nəticələr qazanaraq, daha yüksək yerlərə qalxacağımıza inam var. (Komanda.az)