
Kişi oyunu ...
Hava şaxtalı olduğundan futbolçular vaxt aparmırdılar
Hava şaxtalı olduğundan futbolçular vaxt aparmırdılar
“Proqres”in qol ümidi “Qəbələyə” qarşı oynayacaq
«Çox eşitmişəm və burda o haqda çox danışılır»
Nail Kərimov: «Azərbaycan üçün nümunə ola biləcək akademiya yaratmışıq»
Nika Kvekveskiri: «Mahir Mədətov məndən inciməsin...»
Heç kim baş məşqçini müdafiə etməyi bacarmadı
... həm də pul
Qurban Qurbanov: «Meydanda yaxşı sürət, yaxşı mübarizə gördüm»
Qış transferində səs-küylü keçidlərə şahid olmayacağıq
Aqil Abbas: «Uşaqlar dedi ki, ata gopa basır»
Əhmədov bu gün etik qaydalara tüpürdü, sabah isə...
«Qəbələ» klubunun prezidenti: ««Qarabağ»ın hegemonluğuna son qoymağa çalışacağıq»
Niyə Premyer Liqanın oyunlarında azarkeş olmur?
Roman Qriqorçuk: «İkinci qoldan sonra komandada rahatlıq yarandı»
Futbol Akademiyasının yetirmələri U-17, U-16, U-12, U-11 və U-10 çempionatlarında liderdir
Roman Qriqorçuk: «Tezliklə istədiyimiz səviyyəyə çatacağıq»
Futbol azarkeşi kimi tanınan deputat Aqil Abbas ölkə futbolundakı problemlərdən danışıb. Haqqin.az-ın məlumatına görə, deputat Robert Prosineçkinin Azərbaycan millisinin baş məşqçisi vəzifəsindən getməsi barədə məlumatlara da münasibət bildirib.
«Mən onun soyadını səsləndirməkdə çətinlik çəkirəm», - Aqil Abbas CBC kanalında «Finiş» proqramında çıxışı zamanı deyib. — O, deyir ki «Bursaspor» və digər klublar onunla maraqlanır... Qulaq as, hara istəyirsən get!
Bəli, Azərbaycan yığmasının hazırda hesabında yeddi xal var və millimiz yaxşı oyun nümayiş etdirir. Şimali İrlandiya ilə yaxşı oynadıq. Məğlubiyyətdə isə mən baş məşqçini günahlandırıram. O, oyunu düzgün qurmamışdı. Ümumilikdə milli barədə yalnız müsbət sözlər demək olar, lakin sabah necə olacaq?»
Səkkiz komandadan ibarət Azərbaycan çempionatını isə deputat «Bakı birinciliyi» adlandırıb.
«Səkkiz klubdan yalnız ikisi regionları təmsil edir — «Qəbələ» və «Kəpəz». Digərləri paytaxt təmsilçiləridir. «Sumqayıt»ı da Bakı komandası hesab edirəm. Sumqayıt Bakının kəndidir, baxmayaraq ki, 500 min əhalisi var.
Niyə Tovuzun varlı insanları rayon təmsilçisinə Premyer Liqada oynamaq üçün kömək etmirlər?»
Aqil Abbas hesab edir ki, rayonlarda Olimpiya komplekslərinin tikilməsi Azərbaycanı lazımi sayda idmançılarla təmin etmir.
Azərbaycan yığmasından əlavə, «Qarabağ» və «Barselona» klublarına, Braziliya və Türkiyə millilərinə azarkeşlik edən deputat futbola sevgisi barədə danışarkən deyib: «Mən ölməkdən qorxmuram. Hamı öləcək. Mən yalnız qorxuram ki, ölərəm və növbəti dünya çempionatını görmərəm».