“Hər şey qaydasındadır”
Almaniyada xəstəxanaya düşən Fəxrəddin Manafovdan açıqlama
Günay RƏSULQIZI
MÖVZU İLƏ ƏLAQƏLİ
-
«Maaşların az olması məni narahat edir»
Bəhram Bağırzadə: «Məmur işləyib xalqın pulunu mənimsəyə bilmərəm»
-
««Space» pulumuzu qaytarmayıb»
Tahir İmanov bütün gizlinləri açdı: «Belə şeyə Bəhramın da cəsarəti çatmazdı»
-
Ötən günlərdə yerli mətbuatda Azərbaycanın xalq artisti , tanınmış aktyor Fəxrəddin Manafovun Almaniyada xəstəxanaya yerləşdirildiyi barədə xəbər yayılmışdı. Qeyd edilmişdi ki, aktyor bu haqda geniş danışmaq istəmir. Modern.az saytının əməkdaşı aktyorun səhhətini öyrənmək üçün onunla əlaqə yaradıb.
Fəxrəddin Manafov əməkdaşımızla qısa söhbəti zamanı vəziyyətinin yaxşı olduğunu deyib: “Səhhətimlə əlaqəli hər şey qaydasındadır. Hər kəsə təşəkkür edirəm”.
Qeyd edək ki, Fəxrəddin Manafov 2 avqust 1955-ci ildə Xankəndidə anadan olub. 1975-1980-ci illərdə M.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunda təhsil alıb. 1971-1974-cü illərdə A.M.Şərifzadə adına Aktyor evində kinomexanik, 1976-1978-ci illərdə Tədris teatrında aktyor kimi fəaliyyət göstərib. 1989-1993-cü illərdə “Yuğ” Dövlət teatrında aktyor işləyib. 1977-ci ildən bu günədək Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında aktyor kimi filmlərə çəkilir.
1987-ci ildə Azərbaycan SSR-nin əməkdar artisti, 2000-ci ildə isə Azərbaycanın xalq artisti fəxri adlarına layiq görülüb. 2006-cı ildən Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsüdür.