Abid Şərifovun “Alabala şirkəti”nin direktoru həbs olundu
Baş prokurorluq daha bir qrup iş adamının saxlanmasını açıqladı
MÖVZU İLƏ ƏLAQƏLİ
-
İstirahət günlərinin havası
Səyahət planlaşdıranların proqnoza baxması məsləhətdir
-
«Çətin məsələdir»
Abid Şərifov dəhşətli yanğından danışdı
-
İki Şərifovun sabotajı
Ələt limanının tikintisində qorxunc maxinasiyalar, işıqlı projelər qaranlıq sularda necə batırılır
-
«Məsuliyyət hissini itirib»
Prezidentin köməkçisi: «Akif Əlinin Lütfi Zadə haqqında qeyri-etik ifadələr işlətməsi yolverilməzdir»
-
«Cəzasını alacaq!»
Abid Şərifov Akif Əlizadənin Lütfi Zadəni təhqir etməsinə görə bərk qəzəbləndi
-
«Evrascon»un sonu yaxınlaşır
Şirkətinin işçiləri Moldovada aksiya keçirdilər
-
«Özlərindən küssünlər»
Prezident Abid Şərifovun şirkətinə sonucnu xəbərdarlıq etdi, vaxt verdi; Azərbaycanın həyati əhəmiyyətli strateji layihəsinin tikintisi ətrafında nə baş verir?!...
-
«Evrascon»un sonu çatıb?
Abid Şərifovu şirkəti qəzəbin episentrində; İlham Əliyev hansı oliqarxları və niyə hədələdi...
-
«Nə vaxt olub?»
Abid Şərifovun Xəzərdə batan neftçilərdən xəbəri yoxmuş...
-
Şəriovun biznes «abidə»si laxlayır
Baş nazirin ailə şirkətinin 233 milyon manat borcu var
-
Şərifovun şirkətində şər işlər...
...və ya Baş nazirin çətiri altında olan «EVRASCON»un Qazaxıstan sərgüzəştləri
-
«Kim istəsə, qala bilər»
Abid Şərifov: «Bakıda evlərin qiymətləri ilə maraqlana bilərsiniz»
-
«Qiymət məsələsinə yenidən baxılmayacaq»
Abid Şərifov: ««Sovetski» də sahəsi kiçik evlərlə bağlı təkliflər hazırlanacaq»
-
«Daha ciddi tədbirlər görüləcək»
Abid Şərifov: «Qanunsuz tikililər ciddi problem olaraq qarşımızda dayanır»
-
«Sovetski»də söküntü sürətlənəcək
İndiyə qədər bu ərazidə 40-a yaxın ev sökülüb, 490 sakinlə razılaşma protokolu imzalanıb
-
Məmurlar «Sovetski»ni bölüşdürəcək?
Dövlət strukturlarının özəl tikinti şirkətləri ilə cinayət əlaqəsinə girdiyi iddia olunur
Bu gün Baş prokurorluq daha bir neçə iş adamının həbsi barədə məlumat yayıb. Məlumatdan bəlli olur ki, söhbət ekoloji qanun pozuntularına yol verən, daha doğrusu qum-çınqıl yataqlarının qanunsuz istismarını həyata keçirib ətraf mühitə zərbə vuranların həbsindən gedir. Bu məsələ iyun ayında Göyçay çayının üzərindəki körpünün dayaqlarının çay yatağında qanunsuz qum-çınqıl hasilatı nəticəsində qazılması, nəticədə sel sularının körpünü uçurmasından sonra aktuallaşmışdı. Həmin vaxtdan başlayaraq bir neçə şirkət rəhbəri və vəzifəli şəxslər tutulub.
Baş prokurorluğun mətbuat xidmətinin yaydığı bugünkü məlumatda prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə bütün sahələrdə olduğu kimi, ekoloji problemlərin həlli, ətraf mühitin mühafizəsi, ekoloji tarazlığın bərpa edilməsi, milli parkların təşkili və ekoloji şəbəkənin yaradılması istiqamətində mühüm işlər görüldüyü bildirilir.Məlumatda deyilir ki, bununla belə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ətraf mühitin mühafizəsini həyata keçirən qurumları tərəfindən aşkar olunmaqla ekoloji qanun pozuntularına yol vermiş hüquqi və fiziki şəxslərə qarşı ən ciddi tədbirlər davam etdirilir.
Baş prokurorluq bildirir: "Məlumat verildiyi kimi, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən respublikanın ayrı-ayrı rayonlarında yerləşən qum-çınqıl yataqlarında karxanaların fəaliyyətinin monitorinq nəticəsində bəzi dövlət orqanları və sahibkarlıq subyektləri tərəfindən yer təkinin qorunması, xüsusən çay yataqlarının istifadəsi sahəsində qanunvericiliklə müəyyən edilmiş qaydalar və lisenziyalaşdırma şərtlərinin kobud surətdə pozulması, bunun nəticəsində ətraf mühitə, infrastruktur obyektlərinə, su təchizatı şəbəkələrinə, hidrotexniki qurğulara və sahil bərkitmə bəndlərinə ciddi təhlükənin yaranması, çay məcralarının kəskin eroziyaya məruz qalması müəyyən edilib".
Məlumata görə, qum-çınqıl yataqlarında hüquqi və fiziki şəxslərə məxsus 96 karxananın fəaliyyətində aşkarlanan qanun pozuntuları ilə bağlı toplanmış materiallar əsasında Baş Prokurorluqda Cinayət Məcəlləsinin 192-ci (qanunsuz sahibkarlıq), 247-ci (işlərin yerinə yetirilməsi zamanı ətraf mühitin mühafizəsi (qorunması) qaydalarını pozma), 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) və digər maddələri ilə 8 cinayət işi başlanaraq Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində istintaqı aparılır.
Qeyd edilən cinayət işlərinin materiallarından 6-sı ayrıca icraata ayrılaraq istintaqı tamamlanıb. Həmin işlər üzrə aparılan istintaq zamanı sahibkarlar tərəfindən dağ-mədən obyektlərinin istismarı zamanı ətraf mühitin qorunması qaydalarına riayət olunmaması, müvafiq icra hakimiyyəti orqanından lisenziya almalı olduğu halda, buna əməl edilməməsi, eləcə də lisenziyalaşma şərtlərini pozmaqla qanunsuz sahibkarlıq fəaliyyətlərini davam etdirmələri, vəzifə səlahiyyətlərindən sui-istifadə kimi əməllərini törətmələrinə əsaslı şübhələr müəyyən edildiyindən “Avro-Asiya İnşaat Korporasiyası Evrascon” ASC-nin rəhbəri Manaf Şirinov, “Titanik-5” MMC-nin rəhbəri Şahin Məmmədov, “Azvirt” MMC-nin iş icraçısı vəzifəli şəxsi İbrahim Quluyev, “Alyans” MMC-nin rəhbəri Nəriman Yəhyayev, “Gülövşə” MMC-nin rəhbəri Mahir Allahverdiyev və “Qara-Qum Holdinq” MMC-nin rəhbəri Yasif Ağayevə Cinayət Məcəlləsinin qeyd edilən maddələri ilə ittiham elan edilərək, Mahir Allahverdiyev barəsində polisin nəzarəti altına vermə, digər təqsirləndirilən şəxslər barəsində isə məhkəmənin qərarları ilə həbs qətimkan tədbiri seçilib.
Qeyd olunan cinayət işləri üzrə qanunsuz sahibkarlıq fəaliyyəti nəticəsində dövlətə və təbiətə 2,7 milyon manat məbləğində maddi ziyan vurulması, habelə 182 min manat məbləğində vergidən yayınma halları müəyyən edilmiş və istintaq zamanı dəymiş ziyanın tam ödətdirilməsi təmin edilməklə cinayət işləri baxılması üçün aidiyyəti məhkəmələrə göndərilib.
Hazırda bu sahədə istintaqı aparılan digər cinayət işləri üzrə təqsirli şəxslərin dairəsinin tam müəyyən edilərək məsuliyyətə cəlb olunmaları, ətraf mühitə vurulan ziyanın ödətdirilməsi və nəticələrinin aradan qaldırılması istiqamətində zəruri tədbirlər davam etdirilir.
Qeyd edək ki, “EVRASCON” şirkətinin baş nazirin keçmiş müavini Abid Şərifova məxsus olduğu məlumdur. Bu şirkət Ələtdəki Bakı Dəniz Limanının inşası da daxil olmaqla ölkə ərazisində və bir sıra MDB respublikalarında çoxsaylı infrastruktur layihələrini həyata keçirməkdədir. Şirkətin icraçı direktoru Manaf Şirinov bir neçə həftə əvvəl saxlanılıb.