Məmurlar «Sovetski»ni bölüşdürəcək?
Dövlət strukturlarının özəl tikinti şirkətləri ilə cinayət əlaqəsinə girdiyi iddia olunur
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Bakıya cavabdeh Bakı olmalıdır
Yaxud sağ əlin sol əldən xəbəri yoxdur
-
Şıx çimərliyində şlaqbaumları götürüldü
Sahibkarlara xəbərdarlıq edilib: “Yalnız xidmətə görə pul almaq olar”
-
Merdən “təmiz əl” xəbərdarlığı
Eldar Əzizov Meriyanın məmurlarını həbslə hədələdi
-
... Bağça müdirlərinə xəbərdarlıq
Meriyada keçirilən müşavirədə ...
-
İtirilən yaşıl milyonlar...
Abutalıbovun ən odioz kadrı işdən çıxarıldı
-
“Kupça”sız mənzil qalmayacaq
İlham Əliyevin inqilabi fərmanı
-
Eldar Əzizov baş direktoru qovdu
Şiddətli töhmət və sonuncu xəbərdarlıq işə yaramadı
-
“Heç bir gecikmə olmayıb”
“Azərsu” Meriyanın ittihamlarına cavab verdi
-
“Kollektorlar vaxtında açılmadı”
Meriya “Azərsu”nu günahkar çıxrdı: ““Azərsu” fövqəladə hallara hazır deyil”
-
Deputatdan narazılıq
“Abutalıbovun səhvlərinə görə niyə vətəndaşlar əziyyət çəkməlidir?”
-
Bakıda söküntü skandalı
İstintaqa cəlb olunanların siyahısı böyüyə bilər
-
İstirahət günlərinin havası
Səyahət planlaşdıranların proqnoza baxması məsləhətdir
-
Abid Şərifovun “Alabala şirkəti”nin direktoru həbs olundu
Baş prokurorluq daha bir qrup iş adamının saxlanmasını açıqladı
-
«Çətin məsələdir»
Abid Şərifov dəhşətli yanğından danışdı
-
Sovetskidə söküntü qərarı
Meydana çıxan bəzi sualların cavabları sakinləri düşündürür
-
Daha iki min ailə köçürüləcək
«Sovetski»də növbəti proses başlanır
Bakının «Sovetski» ərazisində söküntü işlərinə start verilməsi bir problemi tam çılpaqlığı ilə ortaya qoydu. Torpaqların özəlləşdirilməməsi sakinlərin ədalətli kompensasiya almaq hüququnu pozur. Sakinlərin sərəncamında olan torpaq sahəsinin hər kvadratmetrinə görə 700, mənzil sahəsinə görə isə 1500 manat təzminat verilir. Ancaq qanunla həm torpaq, həm də mənzil sahəsinə görə verilən təzminatın məbləği eyni olmalıdır.
1996-cı ildə qəbul edilmiş «Torpaq islahatı haqqında» Qanunun 9-cu maddəsinə əsasən, vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Ancaq təəssüf ki, bürokratik sistem bu qanunun «Sovetski» camaatına da tətbiq edilməsinin qarşısını alıb və sakinlərə qanuni haqları verilməyib. Yəni sakinlər həmin torpaqların mülkiyyətçisi deyil. Xüsusilə də Bakının köhnə məhəllələrində sakinlərin mülkiyyət hüququ əlindən alınıb.
Bu problemi araşdıran «Sovetski» sakini, pedaqoq Arzuxanım Əlizadə «Yeni Müsavat»a açıqlamasında bildirib ki, hələ sovet dövründə bu tikililərin söküntüsü planlaşdırıldığı üçün ərazidə təmir-bərpa işləri aparılmayıb: «Hazırda həmin tikililər baxımsızlıq ucbatından o dərəcədə köhnəlib, yararsız hala düşüb ki, onların balans qiyməti o dərəcədə azalıb ki, hətta həmin tikililərə görə vergi tələb olunmur və ödənilmir. Həmin ərazidə yerləşən daşınmaz əmlakın mülkiyyətçiləri dünyasını dəyişəndə onların qoyduğu mirasın vərəsələr tərəfindən notarial qaydada qəbuluna hər zaman məqsədyönlü şəkildə əngəllər törədilib və bu gün də törədilir».
A.Əlizadənin bildirdiyinə görə, həmin əmlaka dair dövlət reyestri tərəfindən tərtib edilən sənədlərdə, verilən arayışlarda məqsədyönlü şəkildə «texniki səhv» adı ilə yaşayış və torpaq sahələri az göstərilib: «Həmin ərazidə yerləşən daşınmaz əmlakın ilkin mülkiyyətçilərinin əksəriyyəti dünyasını dəyişib, qalanı isə ahıl yaşlıdır, müxtəlif ağır xəstəliklərdən əziyyət çəkir və bu səbəbdən hüquqlarının müdafiəsi üçün məhkəmələrə gedib-gəlməkdə həm fiziki, həm də maddi çətinliklərlə üzləşir. Ən başlıcası isə məhkəmələr müxtəlif bəhanələrlə dövlət reyestr xidmətinin qeyri-qanuni hərəkətlərinə haqq qazandırır».
«Sovetski» sakini deyib ki, bu məhəllələrdə yaşayan mülkiyyətçilər - fərdi yaşayış evlərinin sahibləri uzun müddətdir «Torpaq islahatı haqqında» qanunun onlara verdiyi torpaqlar üzərində mülkiyyət hüququnu rəsmiləşdirə bilmirlər: «Bu ərazini aralarında «bölüşdürən», burada «elit» çoxmərtəbəli binalar inşa etməyi planlaşdıran korrupsioner məmurlar, onlara tabe olan dövlət strukturları və məhkəmələr həmin mülkiyyətçilərə müxtəlif bəhanələrlə bu hüquqları həyata keçirməyə imkan vermirlər.
Sakinlərin torpaq üzərində mülkiyyət hüququnun tanınmamasının səbəbi budur ki, fərdi yaşayış evlərinin sahibləri torpaqlar üzərində mülkiyyət hüquqlarını rəsmiləşdirə bilsə, o zaman həmin ərazidə yeni tikililər inşa etmək istəyən korrupsioner məmurlar, onların tikinti şirkətləri həmin ərazinin mülkiyyətçilərinə sınıq-salxaq, balans qiyməti cüzi olan tikililərə görə deyil, buradakı bahalı torpaq sahələrinin kompensasiyasını bazar qiyməti ilə ödəməyə, yəni həmin torpaq sahələrini mülkiyyətçilərdən bazar qiymətinə almağa məcbur olacaqlar».
«Sovetski» layihəsində çox vacib bir detal da var. Baş nazirin müavini Abid Şərifov deyib ki, (03 mart 2014-cü il) söküntü işləri heç də dövlət ehtiyacları üçün aparılmır.
Deməli, köçürülən vətəndaşlara verilən kompensasiya «Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında» qanuna əsaslana bilməz. Həmin çıxışdan, həmçinin Bakı Şəhər İcra Hakimiyyətinin saytında yerləşdirilən xəritədən bəlli oldu ki, «Sovetski»də müxtəlif təyinatlı yeni tikililərin inşası nəzərdə tutulub. Həmin tikintiləri özəl tikinti şirkətləri həyata keçirir və qanunvericiliyə uyğun olaraq ərazidə ev və torpaqları «razılaşma əsasında, özü də bazar qiymətləri ilə» almalı, ya da vətəndaşı eyni dəyərli mənzil və ya torpaq sahəsi ilə təmin etməlidir.
Bu halda ortaya haqlı sual çıxır ki, niyə ərazidə torpaqlarının tikinti üçün boşaldılmasını özəl tikinti şirkətləri yox, icra strukturu olan Bakı Şəhər İcra Hakimiyyəti həyata keçirir? Niyə kompensasiyalar tikinti şirkətləri deyil, dövlət büdcəsindən verilir?
Göz qabağında olan bu faktlar dövlət strukturlarının özəl tikinti şirkətləri ilə cinayət əlaqəsinə girərək sıravi vətəndaşlara qarşı dələduzluq etdiyini açıq-aydın göstərir. Göründüyü kimi, tikinti şirkətləri vətəndaşlarla hər hansı bir alqı-satqı sazişi bağlamaq fikrində deyillər. Vəziyyətin qəlizliyini anlayan məmurlar yeni «arqumentlər» tapmaqdadır. A.Şərifov ötən ayın 9-da mediaya açıqlamasında cəmi 6 gün öncə səsləndirdiyi fikri təkzib edərək bildirdi ki, «bu ərazidə məhz dövlət əhəmiyyətli yolun genişləndirilməsi nəzərdə tutulub». Düzdür, onun sözarası verdiyi açıqlamadan da məlum olur ki, bu «dövlət əhəmiyyətli yolun genişləndirilməsi» yalnız Qış Bulvarının davamı olaraq «Azdrama»nın arxasındakı yerləşən əraziyə aiddir. Söküntü layihəsi isə daha böyük ərazini əhatə edir.