vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 23 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)

«Vaxt bizi getməli olduğumuz yerə istiqamətləndirir»

Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)
CƏMİYYƏT  
08:35 | 3 dekabr 2022 | Şənbə Məqaləyə 8159 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Küy kampaniyası ...

... Yaxud “məni istəyən aşığa xələt versin” çağırışı

Yalçın İSLAMZADƏ

MÖVZU İLƏ ƏLAQƏLİ

Sovet dövrünün yetişdirdiyi, sovet dövründə rəsmi fikirlərdən kənarda qalıb öz dünyagörüşünü formalaşdıran və müstəqillik dövründə bir-iki səhifə oxuyub özünə təmtəraqlı adlar seçən “ziyalı”ların (sosial şəbəkələrdə özləri və ya müridləri fikirlərini yayırlar) əksəriyyətinin ortaq cəhətləri var. Hər üç qrup şüarçıdır, ciddi mütaliəsi yoxdur, ən yaxşı halda sovet senzurasından keçmiş kitabları oxuyublar, dünyanı tanımırlar, elmin insan həyatının sərhədlərini müəyyən edən qanunlarından xəbərsizdirlər, elmi aşağılayır, bəşəri dəyərlərə düşmən münasibət göstərirlər.

Oxucuların əksəriyyətində də standartlar yüksək olmadığı üçün bu insanlar böyük düşünür sayılırlar. Bəşəri dəyərlərə çox incə, ustalıqla hücum edənlər və onların təsirinə düşən xeyli insan var təəssüf ki.

Əlisa Nicatı filosof, ziyalı, yazar, intellektual və s. kimi tanıyan, təqdim edən insanlar üçün onun faşist, irqçi, qadın düşməni görüşlərinin-bu görüşlərini beyin fərqinə bağlayan və bunu Allahın onları elə yaratması ilə əlaqələndirən mürtəce görüşlü bir adam-heç əhəmiyyəti yoxdur? 


– “Qadın doğmaq üçün yaradılıb”;

– “Qadınların beyni kişilərin beynindən, qaradərililərin beyni avropalıların beynindən kiçikdir”;

deyən birini necə ziyalı adlandıra bilirlər?

Dayanışma, mərhəmət-bunlar da insani dəyərlərdir, Quşlar, meymunlar-bunlar öz balalarını belə qova, qoyub qaça bilirlər, vəziyyət çətin olduqda. Bəşəri dəyərlərə düşmən olub öz işinə yarayanda mərhəməti istismar etmək nə deməkdir?

Son xəbərlərə görə, hesabına kifayət qədər məbləğ yığılıb, bir neçə şirkət də evdə təmir işlərini öz üzərinə götürüb. Deməli, dünən qaz pulunu verə bilməyən biri, indi ehtiyacından artıq vəsait toplayır. Bəs digər ehtiyac sahibləri? Onları da kimsə paylaşıb “məni istəyən aşığa xələt versin” deməlidir?

Müsahibəsində “səhhətim yaxşıdır” deyir, “Qanun nəşriyyatında tərcümələr edirəm və oradan da ayda 200 manat çıxır”. Səhhəti yaxşı olan biri, ayda neçə səhifə tərcümə edir ki, 200 manat alır? Niyə bu insan həm də normal qonorar istəmir ki?

Sahibkarlıq fəaliyyəti ilə məşğul olanlar tez-tez paylaşım edirlər, “filankəsə kömək edək”, niyə maaşa baxan adamlar kömək etməlidir ki? Siz özünüz qabağa düşəsiniz bəlkə.

Eşitdiyimə görə yaranan səsküydən faydalanmaq istəyən biri var, bir neçə gün sonra bir yardım kompaniyası keçirmək istəyir, “qocaman yazıçıya” dəstək olmaq üçün.

Bu adamın kollektivində iş yoldaşları kolleqaları üçün pul yığmışdılar, buna vermişdilər ki, Allah qoymasa böyüyümüz sənsən, sən təqdim et vəsaiti. Bu da yığılan pulu öz adından təqdim etmişdi. İndi artistlik edir, guya sənət adamına dəyər verir. 

Bu işlər belə olmamalıdır. Müəyyən standartlarla işləyən, büdcəsi olan, məqbul miqdarda daha çox insana kömək edən qurumlar olmalıdır. Küyə getməklə bir-iki nəfərin problemi həll olunur ancaq. O da sosial şəbəkələrdə kompaniya mövzusuna çevrilə bilsə.

Belə məsələlərdə manipulyasiya ehtimalı daha yüksək olur, diqqətli olmaqda fayda var. Şəxsən düşünürəm ki, kiminsə bir dəfə ianə etmək imkanı varsa, köməyi təhsil haqqını ödəməkdə çətinlik çəkən tələbələrə etsinlər. 

Ancaq indi evi təmir etmək üçün sıraya düzülən şirkətlərin neçəsinə müraciət eləsələr iki tələbəyə təqaüd verər görən?