vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 3 oktyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Babək Xürrəmi (798 - 838)

«Bir gün azad yaşamaq, qırx il boyunduruq altında yaşamaqdan daha üstündür»

Babək Xürrəmi (798 - 838)
SƏHİYYƏ, ORDU  
10:54 | 1 noyabr 2022 | Çərşənbə axşamı Məqaləyə 1195 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

“İnfeksiyalar inkişaf edə bilər”

Yoluxmanın azalmasına aldanmayın!

MÖVZU İLƏ ƏLAQƏLİ

“Son bir heçə həftədir ki, COVİD-19-a yoluxanların sayında artıb-azalmalar müşahidə olunur. Çünki dünyada pandemiya hələ də davam edir. Nə zaman ki bütün ölkələrdə gündəlik statistik göstəricilər sıfırlanacaq, o zaman biz pandemiya bitdiyinə əmin olacağıq. Odur ki, bəzən yoluxma saylarının minimum həddə enməsi bizi aldatmamalı, məsuliyyətli yanaşmamıza təsir etməməlidir”. Bunu TƏBİB-in infeksion xəstəliklər üzrə işçi qrupunun üzvü, Mərkəzi Neftçilər Xəstəxanasının həkim-infeksionisti Natiq Əliyev deyib.

İnfeksionist bildirib ki, xüsusilə yoluxma saylarında qeyri-stabilliyə təsir edən amillərdən biri payız fəslinin, yəni sentyabrın sonlarından dekabrın sonlarına qədər kəskin respirator infeksiyaların çox aktivləşdiyi dönəmin olmasıdır: “Həmin aktivləşmə gündəlik yoluxma göstəricilərinə də təsir edir. Çünki immun sisteminin zəifləməsi fonunda yanaşı, infeksiyalar da inkişaf edə bilər”.

Rusiyada aşkarlanan ştamlardan danışan N.Əliyev hazırda ölkəmizdə bununla əlaqədar ciddi bir təhlükənin olmadığını, o cümlədən həmin variantların respublika ərazisində qeydə alınmadığını da diqqətə çatdırıb: “Elə olarsa, biz bunu gündəlik yoluxma saylarındakı ciddi artımla müşahidə edəcəyik”.