vaxtlı-vaxtında oxuyun! Bazar, 1 dekabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)

«Yetər İran odlarından
od ələndi başımıza,
Dur ayağa! Ya azad ol,
ya tamam yan, Azərbaycan!»

Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)
CƏMİYYƏT  
12:23 | 21 fevral 2023 | Çərşənbə axşamı Məqaləyə 21442 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Ziya Bünyadovun qətlindəki sirr

Hakimiyyətdə olan bəzi güclər tarixin yenidən yazılmaması üçün akademikə təzyiqlər ediblər

Zaur ƏLİYEV, dosent

MÖVZU İLƏ ƏLAQƏLİ

Bu gün böyük alimlərdən biri Ziya Bünyadovun qətl edildiyi gündür. Onun barəsində yüzlərlə müzakirələrdə iştirak etmişəm. Əksəri Ziya müəllimi ittiham edir ki, guya o yazıb ki, türklər bura X-XI əsrdə gəliblər. Bu fikri əlində əsas tutanlar Ziya müəllimi diqqətlə oxumayan insanlardır. Bu fikrin tamamı budur “ Bəzi tədqiqaçıların etdiyi kimi, türkləşmənin XI-XII əsrlərdə baş verdiyini qəbul etmək səhv olardı. Türkləri Azərbaycan ərazisinə kənardan gəlmiş bir ünsür hesab etmək də səhvdir, çünki onda yerli, böyük və çox yığcam türk tayfa təşəkküllərinin varlığına göz yumulur”.

Məncə Ziya müəllimi bu sözünə görə ittiham edənlər daha dayanarlar. Ziya müəllim bəli razıyam ki, tarixdə bəzi səhvlərə yol verib. Bunun da izahı var. Sovet dövründə Azərbaycan alimlərinin çıxış yalnız Şərq mənbələrinə idi, əlbəttə ki, ərəb və fars tarixçiləri türklər barədə xoş sözlər yazası deyildi ki? Sovetlərin də izn verdiyi mənbələr isə yalnız türklərə və türk sözünə qarşı saxtakarlıqlardan başqa deyildi. O dövrdə isə Sovetlər Türkiyə kimi bir dövlətin Azərbaycandan və türk dövlətlərindən uzaq tutmaq üçün nəinki Azərbaycanda, Mərkəzi Asiyanın türk dövlətlərində də tarixi saxtalaşdırmaq üçün xüsusi proqramı var idi ki, ondan kənara çıxanları Sibirin soyuq həbsxanaları gözləyirdi. Baxın indin özündə də Türk adının, Türk tarixinin normal yazılmasına qarşı oxşar siyasət yeridilir. Hökumətdə oturan bəzi erməni əsillilər Azərbaycan elmində Albaniya kimi dövlətin varlığını yox etmək üçün çalışırlar. Yoxsa Albaniya və ondan da qat-qat irəli tarixdə türklərin burda yaşamasını sübut etmək üçün tarixi abidələri, daş yazıları və ən əsası folkloru oxumaq kifayət edər. Amma ciddi surətdə təzyiqlər var güclü alimlərə, tabular qoyurlar.

Ziya müəllim o dövrdə Vatikan, Drezden, Vyana, Madrid, Paris, London arxivlərində işləsə idi, inandırım sizə tamam başqa tarixi kitab ortaya qoyardı. VƏ.....mərhum Ziya müəllim yenidən öz kitabını təkmilləşdirmək üçün çalışırdı, onun əldə etdiyi yeni qaynaqlar, əlyazmalar və mənbələr Azərbaycanın əks dövlətçilik və milli kimlik tarixini yazmağa yönəlmiş idi. Bu barədə yuxarıların da xəbəri var idi. Ziya müəllimə mane olmağa çalışırdılar, çoxları bilmir, amma mərhum Akademikə çox güclü təsirlər var idi. Onu AMEA-da çox sıxırdılar, izn vermirdlər ki, yeni sənədlərə çıxışı olsun. Ziya müəllimin “Əməvi xəlifəsi Müaviyyə bir dəfə qədim tarixə bələd olan Yəmənli Abid ibn Şariyyəyə belə sual verir: Türklər və Azərbaycan nə deməkdir? Abid cavab verir: “Azərbaycan-qədimdən türklərin yaşadığı ölkədir”. Sözləri əks edilən məqaləsindən sonra onu üstünə çox gəlirdilər. Ermənilər ona villalar, aylıq 8-9 min civarında olan maaş təklif edirdilər ki, gəlsin İrəvan dövlət universitetində işləsin, o getmirdi. Moskva oradan dəvət edirdi, Ziya müəllim getmirdi. Ziya müəllim Vətənə bağlı insan idi. Müstəqillik illərində Ziya müəllimə erməni əsilli hakimiyyətdə təmsil olunan şəxslər və 5-ci kolon çox təzyiq edirdi ki, akademik Azərbaycan tarixini yenidən yazmasın. Nələr təklif edirdilər ona, hətta evinə gedib xahiş edirdilər. Amma Ziya müəllim kimsənin sözünü götürəsi adam deyil idi ki... Onun qətl edilməsinin bəlkə də səbəblərindən biri bu olub. O Azərbaycan tarixini yazmamalı idi... Vəssalam. Yuxarılar belə tələb edirdi. Amma Ziya müəllim yazırdı, axtarırdı və sonda.......

Ziya müəllim açıq sözlü və cəsarətli insan idi. O Sovetin ən güclü dövründə 1928-1938-ci illərdə azərbaycanlı ziyalıların qətlinə fərman verən Tevtosyan haqqında olduqca maraqlı bir fikir yazıb: “Tevtosyanlar tək olmayıb, onlara dəstək verən, soyadını dəyişmiş neçə-neçə erməni də bu millətin qanına susamışdı”. Bu sözü o zaman demək hər kişinin işi deyildi. Ziya müəllim belə insan idi. Ziya müəllim o şəxs idi ki, Əbülfəz Elçibəyə elmi işində çox dəstək vermiş idi. Əbülfəz Elçibəyin sovetlər dönəmində( 1969) müdafiə etdiyi elmi disertasiya işi “Tolunoğulları dövləti”dir. Türklər tərəfindən qurulmuş ilk türk-müsəlman dövləti olan Tolunoğullarını disertasiya mövzusu seçən Elçibəyin qarşısında kimlər durmamış idi? Moskvadan belə onu müdafiə etməyə izn vermirdlər. Amma hamısının qarşısında keçilməz sədd var idi: onun elmi rəhbəri, Sovet İttifaqı qəhrəmanı ZİYA BÜNYADOV. Və Elçibəy kimi tarixi olduğu kimi öyrənmək və yazmaq istəyənlərə isə dəstək olan Ziya Bünyadov idi.

Ziya Bünyadov 1997-ci ilin fevral ayının 21-də yaşadığı binanın qarşısında silahlı şəxslər tərəfindən amansızcasına güllələnib.

Ruhu şad olsun.