Televiziyaların reytinqini ölçüləcək
Yeni sistem istifadəyə verilir
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Musiqi ilə terror ...
İnsanların əsəbləri, duyğuları zorlanır
-
Doğrudanmı, hələ də novruzəlilərik?
Bu ölkədə hamı jurnalistləri «öyrədir» …
-
Efir qadağası
Tanınmış bəstəkarı kamera qarşısına kim buraxmır?
-
Bəlağətli dil və küçə dili
Televiziya kanallarının nitqi iki qütbə ayrılıb
Azərbaycanda televiziya reytinqlərinin ölçülməsi üçün yeni sistem tətbiq olunacaq. Yeni sistem yalniz paytaxtı deyil, ölkənin 12 iqtisadi regionunu, 29 şəhərini və 200-ə yaxın kəndini də əhatə edəcək.
Dünyanın bir çox ölkələrində tətbiq olunan televiziya reytinqlərinin ölçülməsi sistemi artıq Azərbaycanda da tətbiq olunacaq.
Bir ildir ki, üzərində işlənilən yeni sistem bu gün ictimaiyyətə təqdim edilib.
Mərasimdə MARSA MMC-nin icraçı direktoru İradə Sultanova, Audiovizual Şuranın sədri İsmət Səttarov və ölkədəki televiziya kanallarının rəhbər şəxsləri iştirak ediblər.
Çıxışlar zamanı yeni sistemin qurulması prosesi və istifadə olunan texnoloji yeniliklər haqqında ətraflı məlumat verilib və ilkin test məlumatları təqdim olunub.
Qeyd edilib ki, bu sistem yalnız paytaxtı deyil, ölkənin 12 iqtisadi regionunu - 29 şəhərini və 200-ə yaxın kəndini də əhatə edir. Panel 17 Azərbaycan telekanalı ilə yanaşı, türk və rus kanalları da daxil olmaqla, 50 televiziyanın reytinqini ölçə bilir.
Qeyd edək ki, Azərbaycan regionda ən müasir texnologiyalar əsasında sıfırdan reytinq ölçmə aparan ilk ölkədir.