vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)

«Bir kərə yüksələn bayraq bir daha enməz!»

Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)
MƏMLƏKƏT  
14:21 | 4 dekabr 2022 | Bazar Məqaləyə 10985 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Süni əngəllərlə boğulan Naxçıvan

Camaatdan oğurladığını bazarda satdıran zehniyyət

Elçin ALIOĞLU

MÖVZU İLƏ ƏLAQƏLİ

Naxçıvan sakinləri kütləvi şəkildə Muxtar Respublikanı tərk etməyə başlayıblar. Bu gün rəsmi statistikada Naxçıvanın əhalisi 462 min nəfər göstərilsə də, əslində bu say 200 mindən artıq deyil.

Pandemiya dövründə süni əngəllərin bir qədər də artdığı, sərhədi keçmək istəyən vətəndaşlardan ağlasığmaz məbləğlərin tələb olunduğu deyilir. 

Məsələn, Türkiyə tərəfdən sərhədi keçənlərdən 30 kiloqramdan artıq məhsula görə, rüşvət tələb olunurdu. İndiyədək adamlar gətirdikləri məhsullardan asılı olaraq, artıq çəkiyə görə 25-50 manat ödəyirdilər (ərzaq üçün rüşvət daha yüksək idi). 

Həmçinin Sədərək Gömrük Məntəqəsindən yük maşınlarına 300 litrdən artıq salyarka keçirməyə icazə verilmirdi. Yanacaq çənində bu miqdardan artıq salyarka daşıyan yük avtomobilləri ya sərhəddən buraxılmır, ya da əlavə hər yüz litr üçün 60 dollar rüşvət tələb olunurdu.

Eyni zamanda Naxçıvan gömrüyündə yeddi qapıdan yalnız biri fəaliyyət göstərirdi. İnsanlar gömrük nəzarətindən keçmək üçün saatlarla uzun növbələrdə gözləməyə məcbur olurdular.

İran tərəfdə isə vəziyyət daha acınacaqlı idi. Azərbaycan tərəfi əvvəllər adamların istifadə etdikləri əl arabalarını yığışdırdığına görə, insanlar iki kilometr məsafəni əl yükləri ilə birlikdə piyada qət etməyə məcbur edilirdilər. Həmçinin ay ərzində 30 kiloqramdan artıq məhsul keçirməyə icazə verilmirdi.

Eyni zamanda ət, pomidor, xiyar, kartof, yağ, yuyucu tozlar və bu kimi məhsulların Muxtar Respublikaya gətirilməsinin qarşısı alınırdı.

Bu barədə verilən məlumatlarda qeyd olunur ki, gömrük əməkdaşları tərəfindən müsadirə olunan malların böyük bir hissəsi bir müddət sonra çeşidlənib baha qiymətlərlə bazara çıxarılırdı.

Həmçinin, o da bildirilir ki, bütün bunlar Vasif Talıbovun göstərişi ilə edilib və bunun arxasında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədrinin, eyni zamanda onun yaxın adamlarının inhisarçı maraqları dayanıb.