vaxtlı-vaxtında oxuyun! Cümə, 26 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mustafa Kamal Atatürk (1881 - 1938)

«Türk oğlu əcdadını tanıdıqca, daha böyük işlər görmək üçün özündə güc tapacaq»

Mustafa Kamal Atatürk (1881 - 1938)
PROBLEM  
22:14 | 16 noyabr 2022 | Çərşənbə Məqaləyə 1193 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Xeyli binada istilik yoxdur

Havaların soyuq keçməsi sakinlərinin vəziyyətini bir az da çətinləşdirib

MÖVZU İLƏ ƏLAQƏLİ

Bakının Xətai rayonu, Məhəmməd Hadi küçəsindəki 77, 87, 89, 91-93 ünvanlarında yerləşən binalarda istilik yoxdur. İstilik mövsümünə rəsmi olaraq başlansa da, bəzi binaların sakinləri istiliyin üzünə həsrət qalıblar.

Sakinlərin sözlərinə görə, məsələ ilə bağlı aidiyyəti qurumlara müraciət ediblər,  amma şikayətləri cavabsız qalıb.

Havaların qeyri- sabit keçməsi isə soyuq evlərin sakinlərinin vəziyyətini bir az da çətinləşdirib.

Bənzər mənzərə Xətai rayonu Telnov 3, Yasamal rayonu, Yeni Yasamal 1, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Elman Qasımov 15 q ünvanlarında da yaşanır.

Məsələ ilə bağlı “Azəristiliktəchizat”la əlaqə saxladıq. Qurumun rəsmisi Elvin Basqallı bildirib ki, bütün qazanxanalar qrafik üzrə işə salınıb. Bəzi yerlərdə rejim tənzimləmələrinə görə müəyyən problemlər var və bunların hamısı da bir-bir aradan qaldırılır. Daxil olan müraciətlər əsasında işlər görülür. Bununla bərabər hazırda 50-yə yaxın zirzəmidə istiliklə bağlı bəzi avadanlıqlar oğurlanıb ki, bu da istiliyin verilməsində problemlər yaradır. Hazırda bununla bağlı aidiyyəti üzrə müraciət olunub.