
50,5 dərəcə
Türkiyədə son 55 ilin ən isti iyul ayı
Türkiyədə son 55 ilin ən isti iyul ayı
Temperatur 40 dərəcəyə çatacaq, ekspertlər diqqətli olmağı tövsiyə edir
İtaliya nəhəng layihəyə start verdi
20 vilayətdə dövlət qurumları bağlanır
15 yaşlı uşaq səhv təyyarəyə minib İtaliyaya uçdu
Erməni lobbisinin mərkəzi sayılan Marsel siyahının başında yer alıb
İtalyanların şərabda bişirdiyi Qazax yeməyi
İngiltərədən olan cütlük “1 avroya ev” aldı, xərcləri 40 min avronu keçdi
Minlərlə məhbus azadlığa buraxılacaq
Avropanın sonuncu isti dalğasında ölümlər üç dəfə artdı
Təyyarənin mühərrikinə sovruldu
Fransa yeni qızmar isti dalğasına hazırlaşır
İtaliya NATO hədəfinə çatmaq üçün hansı strategiyanı izləyəcək?
Milanda asfalt əriyib
Ölkə sürətlə qocalır, işçi çatışmazlığı getdikcə artır
Qitə həddindən artıq isti dalğası altında inildəməkdə davam edir
İtaliyanın hər yerində həddindən artıq istilərlə əlaqədar sabah bəzi şəhərlərdə “qırmızı həyəcan” elan edilib. Hava hərarətində risk səviyyəsini 4 rəng kateqoriyasında müəyyən edən Səhiyyə Nazirliyi, paytaxt Roma da daxil olmaqla 19 şəhəri ən yüksək olan “qırmızı” kateqoriyaya daxil edib.
Yüksək temperaturun həftə boyu davam edəcəyi ilə bağlı xəbərdarlıq edən nazirlik sabah üçün ölkənin şimalından cənubuna doğru 22 şəhər üçün “qırmızı” həyəcan elan edib.
Nazirlik bu şəhərlərdə yaşayan əhaliyə, xüsusilə xəstələrə, qocalara və uşaqlara isti havanın mənfi təsirlərinə qarşı xəbərdarlıq edib.
Bu gün 19 şəhərdən biri olan paytaxt Romanın müxtəlif yerlərində termometrlər günorta saatlarında 43 dərəcəni göstərib.
Tarixi paytaxtın ziyarətçiləri şəhərdəki fəvvarələrdən axan suda, xüsusən də turistik yerlərdən biri olan İspan pilləkənlərinin qarşısındakı “Barcaccia” fəvvarəsində sərinləməyə çalışıblar.
Paytaxtın tarixi yerlərindən olan Kolizeyi görməyə gələn ziyarətçiləri sərinlətmək üçün cərgələrə iri ventilyatorlar, günəşdən qorumaq üçün isə çadırlar qurulub.
Romaya bitişik Vatikanı da ziyarət edən turistlər, Müqəddəs Pyotr Bazilikasına girmək üçün eyni adlı meydanda gözləyərkən özlərini çətirlərlə istidən qorumağa çalışıblar.
Paytaxtın bir çox restoran və kafelərində açıq havada oturma yerlərinə su səpən soyutma sistemləri quraşdırılıb.