Şəriovun biznes «abidə»si laxlayır
Baş nazirin ailə şirkətinin 233 milyon manat borcu var
MÖVZU İLƏ ƏLAQƏLİ
-
İlk hal 11 il əvvəl yaşanıb
Ərazidəki insanlar sərxoş olub yatırlar
-
Qazaxıstan referenduma gedir
Ölkə başçısı AES tikintisi üçün xalqın razılığını istəyir
-
“Ölkəmiz buna öyrəşə bilməz”
İkinci Dünya Müharibəsindən sonra yaşanan ilk kansleri üzüb: “Bizim üçün də ağrılıdır”
-
Dombra – qəlb sazından çıxan səda
“Astana Opera”nın Bakıya qastrolu
-
... Bakıda Qazaxıstan filmləri nümayiş olunub
İki ölkə arasında diplomatik əlaqələrin 30 illiyi münasibətilə ...
-
Əliyev Tokayevi təbrik etdi
Azərbaycan Prezidenti Qazaxıstanlı həmkarına məktub göndərib
-
... Tokayev 7 ildə nələr edəcək?
“Ədalətli Qazaxıstan – hamı və hər kəs üçün” şüarıyla ...
-
Tokayev qalibdir
Qazaxıstan prezidenti səslərin beşdə birindən çoxunu qazanıb
-
“Bölgə ölkələri asılı olmamalıdır”
Vaşinqtonun nəzəri Mərkəzi Asiyadadır
-
Qazaxıstanın seçimi
Tokayev hərbi doktrinanı da dəyişdirib
-
Türk dövlətlərinin NATO-su
Bu təkcə Rusiyaya deyil, Qərb üçün də arzuolunan deyil
-
“Marşrutun potensialı tam reallaşdırılmayıb”
İki yol arasında fərq 500 km-ə yaxındır
-
“Bölüşmədiyimiz dəyərlərin yayılması...”
Qazaxıstanda “Lightyear” filmi qadağan edilir
-
Qazaxıstanda etiraz
Aksiya iştirakçıları antihökumət mitinqlərinin dağıdılması zamanı həlak olanlar üçün ədalət tələb edir
-
Xəzərin dibi ilə neft kəməri
Tokayev neft tranzitini Rusiyadan yan keçirmək istəyir
-
Rusiya ilə Qazaxıstan arasında nə baş verir?
Tokayevin separatçıları Putinin yanında “kvazi dövlətlər” adlandırması Moskvada qıcıq doğurub
Baş nazirin müavini Abid Şərifova bağlı olan «Evrascon» ASC (keçmiş «Azərkörpü» ASC) şirkətində əmək haqlarının ödənilməsi ilə əlaqədar ciddi problem var. Bakı-Ələt-Astara avtomobil yolunun tikintisinə cəlb edilən işçilərə də əməkhaqqı verilmir.
«Turan» agentliyi bununla bağlı ASC-nin Müşahidə Şurasına müraciət edib. Şuranın üzvü Namiq Kərimli burada baş verənləri şərh edərkən deyib ki, hazırda korporasiyanın yerinə yetirdiyi işin həcmi xeyli azalıb, sifarişçilər isə ödənişləri ləngidir. Buna görə əməkhaqqının ödənilməsində gecikmə yaranıb.
Bu ilin əvvəlində «Evrascon» ASC-nin 232,7 milyon manat kreditor borcu olub. Bunun 67,5 milyonu banklardan cəlb edilib.
Qeyd edək ki, virtualaz.org saytı bir neçə gün öncə «Evrascon» şirkətinin Bakı-Ələt-Astara yolunun tikintisində iştirak edən işçilərin maaşlarını aylardır ödəyə bilməməsi haqda yazmışdı. Bu problem barədə sayta tikintidə çalışan işçilərin bir qrupu məlumat vermişdi.
«Evrascon»un subpodratçılarından olan şirkətin adlarının açıqlanmamasını xahiş edən işçilərinin dediyinə görə, onlar aylardır əməkhaqqı ala bilmirlər və ailələrinə çörəkpulu göndərmək imkanından məhrum olublar.
Rəhbərlik maaşların verilməməsini «Evrascon» şirkətində yaranmış maliyyə problemi ilə əlaqələndirir.
«Evrascon» şirkəti Ələt-Astara avtomobil yolunun 55-ci kilometrliyində, Kür çayı üzərində körpü tikintisini həyata keçirir. Şirkət Azərbaycanda çoxsaylı iri yol-nəqliyyat infrastrukturu layihələrinin podratçısıdır və onun son vaxtlar ciddi maliyyə sıxıntıları içində olduğuna dair məlumatlar yayılır.
Özü də maliyyə problemi şirkətin təkcə Azərbaycanda deyil, başqa ölkələrdəki fəaliyyətinə mənfi təsir göstərir. Məsələn, Qazaxıstan mətbuatının yazdığına görə, «Evrascon» şirkətinin bu ölkədə həyata keçirdiyi tikinti layihəsində işləmək üçün Azərbaycandan aparılan işçilər də aylardır əməkhaqqı ala bilmir. Üstəlik onlar iş icazəsi alınmadan işlədilir.
Qazaxıstanın Miqrasiya Xidməti 200-ə yaxın azərbaycanlı işçini saxlayaraq məhkəməyə çıxarıb və cərimələtdirib.
Bu məlumatlarla bağlı mətbuata danışan Abid Şərifov şirkətin qardaşına məxsus olduğunu təsdiqləyib, eyni zamanda «Evrascon»un rəhbəri İsmayıl İsmiyevlə əlaqə saxladığını, deyilənlərin həqiqətə uyğun olmadığını bildirib.
Bir müddət əvvəl isə «Evrascon» şirkətinin Qazaxıstanda Almatı-Kokpek-Çunca-Koktal-Xorqos yolunun bərpası layihəsinin həyata keçirilməsi zamanı 15 milyon manat həcmində zərərə düşdüyü məlum olmuşdu.
Qazaxıstan mənbələri xəbər verirdi ki, şirkət bu məbləğdə zərərə düşməsini hava şəraitinin həddən artıq sərt keçməsi ilə izah edib. Lakin yerli mətbuat bunun şirkətdə mənimsəmələrlə əlaqəli ola biləcəyini yazırdı.
Xatırladaq ki, Ələt-Astara yolunun tikintisi Dünya Bankının ayırdığı dövlət zəmanətli kredit hesabına Nəqliyyat Nazirliyinin sifarişi ilə həyata keçirilir. Bu baxımdan şirkətin dövlət tərəfindən maliyyələşdirilən infrastruktur layihəsində işləyənlərin əmək haqlarını aylardır verməməsi kifayət qədər müəmmalıdır. Belə çıxır ki, ya Nəqliyyat Nazirliyi podratçı şirkətə ödənişləri həyata keçirməyib, ya da şirkət özü həmin layihəyə ayrılmış vəsaitləri başqa xərclərinə yönəldir və işçilər əmək haqlarını ala bilmir.
«Evrascon» ASC-nin nəzarət səhm zərfi (51,2 faiz) cəmiyyətin Müşahidə Şurasının sədri İsmayıl Əfəndi İsmiyevə məxsusdur. Abid Şərifovun həyat yoldaşı da 12 faizlə pay sahibi olmaqla şirkətin səhmdarları arasında yer alır.
Ümumiyyətlə, baş nazirin müavininin də təsdiq etdiyi kimi, «Evrascon» Abid Şərifovun ailə biznes imperiyasının əsas sütunlarından birini təşkil edir.