Əliyevdən Paşinyana sillə kimi cavab...
Ordu döyüş vəziyyətinə gətirildi
MÖVZU İLƏ ƏLAQƏLİ
-
“Sülh müqaviləsi 80 faiz razılaşdırılıb”
Prezident İlham Əliyev: “AB Komissiyası Azərbaycanı Avropanın etibarlı tərəfdaş adlandırır”
-
Prezidentin BƏƏ-nə səfəri
BMT TŞ-da dəstək, Makron-Paşinyan cütlüyünə cavab, İran əleyhinə...
-
Qərbi Azərbaycanda dəyişdirilən türk mənşəli toponimlər
Vaxt gələcək, tarixi yer-yurd adlarımız bərpa olunacaq...
-
Hədəf 15 milyarddır
Türk dövlətləri ilə ticarət rekord həddə
-
Sadəcə, İlham...
Səbirli, heç nəyi əvvəldən açıqlamayan və nəyi nə vaxt edəcəyini bilən ...
-
Azərbaycanda lüks hotellərin daha bir brendi
“The Ritz-Carlton Baku” hotelinin açılışı olub
-
270 yaşlı tarixi abidə
Şəki Xan məscidi kompleksi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub
-
Dünya İrsi Siyahısındakı “Yuxarı Baş”
Qoruqdakı təmir-bərpa işləri sayəsində Şəkinin tarixi mərkəzi bütün zənginliyi ilə göz oxşayacaq
-
Aİ ilə Fransanın fərqi ...
Avropa separatizmdən yarasa işıqdan qorxan kimi qorxur
-
Bakı Vaşinqtonu inandıra bilsə, ...
İranın vurulması Zəngəzurdan başlamalıdır
-
Putin narahatdır
Doqquz gündə üçüncü zəng nələrinsə plan üzrə getmədiyini göstərir
-
Prezidentdən mühüm mesajlar
Brüssel görüşündən imtina, İrana gözdağı, Zəngəzur dəhlizi ilə bağlı yekun fikir
-
O tayın və bu tayın lideri
İlham Əliyev Helmut Kolun yolunu gedir – hamını inandırmaq
-
Əliyev açıq danışdı
İran təxribatlarından sonra ilk dəfə hər şeyi öz adı ilə adlandırıldı
-
Gərgin mərhələyə qədəm qoyuruq
“Güney azərbaycanlıların hüquqları məsələsi İranın daxili işidir” dövrü geridə qaldı
-
Görüş baş tutumayacaq
Əliyev Makronu “oyundan kənar vəziyyətdə” saxlayır
Azərbaycan ordusunun növbəti genişmiqyaslı təlimlərinin əsas məqsədi işğal olunmuş torpaqlarımızda yerləşən işğalçıların müdafiə sistemlərini yarmaqdır.
Bunu ehtiyatda olan polkovnik Şair Ramaldanov Azərbaycan Ordusunun genişmiqyaslı təlimlərinin əhəmiyyətini şərh edərkən deyib.
Şair Ramaldanov bildirib ki, hazırda həyata keçirilən hərbi təlimlər Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyevin Ermənistan baş naziri Nikol Paşinyanın qeyri-peşəkar mövqeyinə əməli cavabıdır.
“Ölkə başçısı bundan əvvəl çıxışlarında sərt şəkildə bəyan etdi ki, Dağlıq Qarabağ ərazisində baş verəcək toqquşmalara görə, Ermənistanın qeyri-konstruktiv mövqeyi ilə seçilən rəhbərliyi - münaqişənin həll prosesində maraqlı olmayan tərəf məsuliyyət daşıyır. Azərbaycan hər an öz torpaqlarını azad etməyə başlaya bilər. Artıq ciddi hərbi təlimlərin start götürməsi sübut edir ki, Ermənistan Azərbaycana güc yolundan başqa seçim qoymadı.
Artilleriya və aviasiya sistemləri vasitəsilə düşmənin müdafiə mexanizmi məhv edilməlidir. Əsas məqsədimiz işğal altında olan torpaqlarımızın azad edilməsi, ərazi bütövlüymüzün bərpasıdır. Sözügedən hərbi təlimlər konkret olaraq, Azərbaycana təcavüz edən qüvvələrə qarşı yönəlib. Təlimlərdə şərti düşmən deyil, real düşmən kimi ərazilərimizdə müdafiə olunan erməni silahlılarının darmadağın edilməsi nəzərdə tutulub”-deyə Şair Ramaldanov qeyd edib.
Təlimlər ərzində müəyyən olunmuş ciddi tapşırıqların mərhələli şəkildə yerinə yetiriləcəyini diqqətə çatdıran Ş. Ramaldanovun sözlərinə görə, əməliyyatlara 20 mindən artıq şəxsi heyət, 200-dən çox tank və digər zirehli texnika, 120-dən çox müxtəlif çaplı raket və artilleriya qurğusu, yaylım atəşli reaktiv sistemləri və minaatan, 10-dək qırıcı və bombardmançı, 20-dək müxtəlif təyinatlı ordu aviasiyası cəlb edilib:
“Bu təlimlərin həyata keçirilməsindən həm beynəlxalq qurumlar, həm də erməni rəhbərliyi narahatlıq keçirir. Yayılan informasiyalara görə, Ermənistan rəsmiləri artıq beynəlxalq təşkilatlara müraciət edərək, Azərbaycanın hərbi addımlarından sığortalanmağa çalışırlar. Azərbaycan isə bu hərbi təlimlərlə sübut edir ki, daha susmaq, gözləmək iqtidarında deyil. Əvvəllər keçirilən hərbi təlimlərimizdən fərqli olaraq, bugünkü əməliyyatlar konkretliyi, döyüşə daha yaxınlığı ilə seçilir. Silahlı qüvvələrimizin bu cür ciddi təlimlərin icrasına professionallığı yetərlidir. Beləliklə, istər beynəlxalq təşkilatlar, istərsə də, regional qurumlar Azərbaycanın ərazi bütövlüyünü bərpa etməkdə ciddi addımlar atdığına, Silhalı Qüvvələrimizin nəyə qadir olduğuna bir daha əmin oldu”.
Qeyd edək ki, Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin təsdiq etdiyi plana əsasən, müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə bu gündən - sentyabrın 17-dən 22-dək Azərbaycan Ordusunun müxtəlif qoşun növləri, qismləri, birlik və birləşmələrinin iştirakı ilə genişmiqyaslı əməliyyat-taktiki təlimləri keçiriləcək.
Təlimlər zamanı eşelonlaşdırılmış düşmən müdafiəsinin tanklar vasitəsilə müxtəlif istiqamətlərdə yarılması, Qarabağ ərazisindəki Ermənistan hərbi qruplaşmalarının, eləcə də onun ön xətt qüvvələrinin darmadağın edilməsi, düşmən ərazisinin dərinliyində yerləşən hərbi və strateji obyektlərin raket-artilleriya və aviasiya zərbələri ilə məhv edilərək ərazilərimizin azad edilməsi üzrə tapşırıqlar yerinə yetiriləcək. (modern.az)
Aysel ASLAN