Bakı qurtuldu
Kreml Yanukoviçin arxasından çəkildi; Rusiyanın Ukraynanı Gömrük və Avrasiya ittifaqlarına üzv etmək üçün apardığı siyasət tam iflasa uğradı
Xəbər xidməti
MÖVZU İLƏ ƏLAQƏLİ
-
“Ukraynadakı münaqişələr qlobal xarakter alıb”
Putin: “Silahlarından istifadə etməyə icazə verən ölkələrə qarşı cavab hüququmuz var”
-
Şimali Koreyalı general Kurskda yaralanıb
Rusiyanın Qərbi qorxudan yeni raketi: “Soyuq Müharibə doktrinası sona çatdı”
-
Putin nüvə silahı demədi
Kreml təhlükənin miqyasının fərqindədir
-
“10 əsgər göndərilib”
Pentaqon Şimali Koreyanın Rusiyaya canlı qüvvə ilə dəstək verdiyinə əmindir
-
Vaşinqtondan Kiyevə silah icazəsi çıxmadı ...
... Amma Putinin nüvə təhdidinə daha ağır cavab verildi – kaset bombalar
-
NATO hazırlıqlarına başladı!
Alman ordusu xəbərdarlıq etdi – 3-cü Dünya müharibəsi qapının astanasında
-
78 PUA və 6 raketlə ...
... Rusiyadan Ukraynaya hava zərbəsi
-
Kremldən hədə dolu açıqlama
“Rusiyanın nüvə doktrinasında yeniliklər Qərbə siqnaldır”
-
Qırmızı terrorun təbliğatı
Sovet hakimiyyətinin ilk illərində ailələr niyə öz övladlarını qətl edirdi?
-
“Müasir hərbi təhdidlər nəzərə alınacaq”
Putin: “Rusiya və Belarusa qarşı hücum olacağı təqdirdə nüvə silahından istifadə etmək hüququnu özümüzdə saxlayırıq”
-
“İşğalın növbəti mərhələsinə imkan verməməliyik”
Ukrayna prezidenti Zelenski BMT Baş Assambleyasında çıxış edib
-
“Hər dəfə milyard dollarla gedir”
Trampın Ukraynanı qəzəbləndirəcək açıqlaması
-
Terrorçulara rus raketləri
İran Husilərə Rusiyanın “Yakhont” dəniz raketlərinin çatdırılmasında vasitəçilik edir
-
Çantasında nələr var?
Zelenski Ağ Evdəki görüşdə Co Baydeni inandırmağa çalışacaq ki, ...
-
Müharibə qaçılmazdır?
Azərbaycanın hərbi gücünü artırmasının səbəbləri
-
“Məğlubedilməz şeytanı” məğlub oldu
“Satan II” havada partlayıb
Ukraynada baş verən qanlı hadisələr Kremli də ciddi sarsıdıb. Kiyev küçələrində tökülən qanda və hadisələrin bu məcraya yönəlməsində Rusiyanın da yetərincə günahı var. Ukraynaya ciddi iqtisadi təzyiq edərək, onu Avropa Birliyi ilə assosiativ üzvlükdən imtinaya məcbur edən Rusiya prezidenti Vladimir Putin indi elə Viktor Yanukoviçin özü qədər çıxılmaz duruma düşüb.
Artıq aydındır ki, Putinin Ukraynanın ciddi cəhdlə Gömrük və Avrasiya ittifaqlarına üzv olması ilə bağlı apardığı siyasət tam-iflasa uğrayıb. Ukraynada bundan sonra hakimiyyətə kimin gəlməsindən asılı olmayaraq, bu ölkənin Putinin ambissiyalı projelərində yer alması mümkünsüzdür.
Kreml bu siyasi yanlışlığının fərqindədir və indi üzərində onlarla günahsız insanın qanı olan Viktor Yanukoviçlə yollarını ayırmağı düşünür.
Qərbin Bakıdakı diplomatik mənbələrindən aldığımız məlumata görə, Ukraynada bas verən qırğın Rusiya prezidenti yanında ciddi müzakirə edilib. Müzakirələrdə Putin Ukrayna ilə bağlı siyasi yanlışlığını etiraf edib və Krem texnoloqlarından vəziyyəti düzəltmək üçün təcili tədbirlər planı hazırlanmasını istəyib. Mənbə deyib ki, Putin Ukrayna uğrunda Avropa ilə savaşın ikinci mərhələsində (ötən ilin noyabrında Vilnüs sammitində Ukraynanın assosiativ üzvlükdən imtinası Putinin qələbəsi sayılırdı - red.) uduzmasının əsas məsuliyyətini Ukrayna prezidentinin üzərinə atıb. Putin deyib ki, Yanukoviçin özünə arxayınlığı nəticəsində Ukraynada həm öz hakimiyyətinin gələcəyinin üstündən xətt çəkib, həm də bu ölkəni Rusiyanın nəzarətindən tam çıxarmaq ərəfəsinə gətirib. Məlumatda deyilir ki, Putin hələ Maydan hadisələri yeni başlayanda Yanukoviçə «yol xəritəsi» cızıb. Putin təklif edib ki, Yanukoviç müxalifətin istefa tələbi ilə razılaşsın və ölkədə növbədənkənar prezident seçkiləri təyin etsin.
Kreml rəhbəri vəd edib ki, Yanukoviç yenidən prezidentliyə namizəd kimi seçki marafonuna qoşulacağı təqdirdə Rusiyadan ciddi dəstək alacaq və kürsüsünə qayıdacaq. Amma Yanukoviç bu təkliflə razılaşmayıb. O, Putini əmin edib ki, ölkədəki hadisələrə tam nəzarət edir, ordu və polisdən tam dəstəyi var və yaxın günlərdə müxalifət Maydandan çəkiləcək. Bütün bunları yaxın ətrafı ilə müzakirədə danışan Rusiya prezidenti »Yanukoviç həm özünü bitirdi, həm də Ukraynada Rusiyanın nüfuzunu ciddi zədələdi və tərəfdarlarımız belə indi küçələrdə müqavimət hərəkatına qoşulublar. Ukraynanı biz itirdik, onlar (çox güman ki Avropanı nəzərdə tutaraq - red.) qazandı» deyə, bildirib. Mənbə onu da deyib ki, Putin Liberal Demokrat Partiyasının avantürist sədri Vladimir Jirinovskinin Şərqi Ukraynanın Rusiyaya birləşdirilməsi ilə bağlı dediklərindən də qəzəblənib.
Qərb mənbələrinin Kremlin Yanukoviçin arxasından qaçdığını, ona hədsiz qəzəbinin olduğunu təsdiqləyən daha bir məlumat da yayılıb. Musavat.com-un Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, Rusiyanın baş naziri Dmitri Medvedyev hökumətin fevralın 20-də keçirilən iclaslında Ukrayna hakimiyyəti haqda sərt ifadələr işlədib. «Rusiyanın ukraynalı tərəfdaşlar qarşısında öz öhdəliklərini yerinə yetirməsi üçün hakimiyyət legitim və effektli olmalıdır ki, bu hakimiyyətə əsgi kimi ayaq silməsinlər» deyən baş nazirin əsl hədəfinin məhz Yanukoviç olduğu aydındır.
Rusiya prezidentinin SSRİ-ni yeni birliklər adı altında dirçəltmək istəməsini Qərb əvvəldən ciddi təpki ilə qarşılamışdı. Kreml Avrasiya və Gömrük ittifaqlarında strateji üzv kimi Ukraynanı görürdü. Bunun üçün də cidd-cəhdlə çalışdı və indi arxasından qaçdığı Yanikoviçi Avropadan imtina qərarına razı sala bildi. Ukraynada bu gün baş verənlərdə Avropanın da «rolu» açıq-aşkardır. Bu hadisələr Ukraynanın taleyinə həlledici təsir edəcək və təəssüf ki, ölkənin gələcəyi barədə hələ qəti söz demək mümkünsüzdür. Amma bir məsələ aydındır ki, Putinin Avrasiya və Gömrük ittifaqları ilə bağlı böyük ümidlər bəslədiyi projesi qana bulaşdı. Putinin qəzəbinin və məyusluğunun əsas səbəbi də budur...
Nə qədər qəribə olsa da, azərbaycanlı ekspertlər Ukraynada fevralın 20-də cərəyan edən hadisələri Azərbaycan üçün «xilasedici» adlandırıblar. Onlardan biri «Yeni Müsavat» a deyib ki, «Kiyevdə öldürülən etirazçılar həm də Azərbaycan üçün həlak olublar: «Bizim hər birimizin onlara ən azı bir dua borcumuz var. Putinin qana bulaşmış Avrasiya və Gömrük İttifaqına Ukraynadan sonra Azərbaycanı daxil etməyə çalışacağı şübhəsiz idi. Belə bir vəziyyətdə Rusiya demək olar ki, Ukraynanı itirdi. Artıq Azərbaycan bir qədər rahat nəfəs ala bilər...»