vaxtlı-vaxtında oxuyun! Çərşənbə, 24 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Müstəqillik yolu qədər çətin yol yoxdur»

Heydər Əliyev (1923 - 2003)
TƏBİƏT, İQLİM, FƏLAKƏT  
11:19 | 7 fevral 2019 | Cümə axşamı Məqaləyə 1628 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

İstanbulda bina çökdü

43 nəfər dağıntılar altında qalıb

MÖVZU İLƏ ƏLAQƏLİ

İstanbulda çökən bina ilə bağlı yeni məlumatlar açıqlanıb. Səkkizmərtəbəli binanın birinci qatında atelye, qalan yeddisində 14 mənzil olub.

1992-ci ildə inşa edilən bina əvvəlcə beşmərtəbəli olub. Sonradan qanunsuz yolla əlavə üç mərtəbə tikilib. İlkin araşdırmalar əsasında ehtimal edilir ki, dağıntılar altında ən azı 43 nəfər qalıb.

Hazırda hadisə yerində axtarış-xilasetmə işləri davam edir. Əraziyə əlavə texnika və canlı qüvvə cəlb olunub.

 

* * *

 

Türkiyənin İstanbul şəhərində altımərtəbəli bina çöküb, dağıntılar altında qalanlar var.

Hazırda hadisə yerində xilasetmə işləri aparılır. Nə qədər adamın dağıntılar altında qaldığı hələlik məlum deyil.

Hadisənin baş vermə səbəbləri araşdırılır.

Son məlumatlara əsasən, hadisə nəticəsində bir nəfər ölüb, dağıntılar altından isə bir nəfər xilas edilib.

Ümumilikdə binada 12 ailənin yaşadığı bildirilir.