vaxtlı-vaxtında oxuyun! Bazar, 24 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Fikir müxtəlifliyi təbii hadisədir. Hamı bir boyda ola bilmədiyi kimi, eyni fikirdə də ola bilməz»

Heydər Əliyev (1923 - 2003)
TƏBİƏT, İQLİM, FƏLAKƏT  
16:11 | 8 fevral 2019 | Cümə Məqaləyə 1779 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Bəşəriyyət ciddi fəlakətlə üz-üzədir

Alimlərdən xəbərdarlıq

Alimlər bəşəriyyətin ciddi fəlakətlə üz-üzə olduğunu açıqlayıblar. Himalay dağlarındakı buzların üçdə ikisinin əriməsi böyük faciəyə səbəb olacaq. Bu buzlar planetin 2 milyard əhalisini su ilə təmin edir. Himalay dağlarındakı buzlar Qanq, İnd, Xuanxe, Mekonq və İravadi çaylarını su ilə təmin edir.

Alimlərin qənaətinə əsasən, qlobal istilər 2100-cü ilə qədər davam etsə, buzların üçdə ikisi yoxa çıxacaq. Buzlar Himalay dağlarında yerləşən Hindiquş dağ silsiləsində yerləşir. Bu buzlar dağ regionunun 250 milyon, çay vadisinin 1.65 milyard əhalisi üçün əsas su mənbəyi sayılır.

Himalay buzları 70 milyon il əvvəl yaranıb və temperatura qarşı çox həssasdırlar. 1970-ci illərdən buzlar əriməyə və yoxa çıxmaya başlayıb. Bundan başqa yüzlərlə buzlu göl su axınını saxlaya bilməz və faciəvi daşqınlar baş verə bilər.