Çeçenistana səfər üçün zəmin yaranıb
Dialoqu gücləndirməyə ehtiyac var
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Çeçenlər əməliyyata hazırlaşır
İçkeriyanın azad edilməsi üçün döyüşəcək olanlar silahdan çox, informasiya dəstəyi istəyir
-
Rusiyanı qorxu bürüyüb
Helsinki Komissiyası işğalçı ölkənin parçalanmasını müzakirə edir
-
Vardanyanı axtarırlar
Çeçen-azərbaycanlı davasının səbəbkarı tapıldı
-
“Çeçenləri təxribata çəkirlər...”
Çeçenistan müxalifətinin lideri Azərbaycana müraciət etdi
-
“Məişət zəminində yaşanan hər hansı insident...”
Əli Həsənov azərbaycanlılarla çeçenlərin davası haqda ...
-
Ramzan KadIrov Bakıya niyə gəlmişdi?
“Biz bunu heç vaxt unutmayacağıq”
-
İnquşların narazılığı böyüyür
Sərhəd anlaşılmazlığı federasiyada çat yaradacaq
-
Ramzan Kadırovun adına «analoqu olmayan» məscid
Gələn il istifadəyə veriləcək ibadət evində 12 fontan quraşdırılacaq
-
«Vaxtı çatıb»
Ramzan Kadırov da istefaya getməyə hazır olduğunu bildirdi
-
Çar II Nikolay haqqında filmə etirazlar artır
Kadırovdan sonra, Poklonskaya da «Matilda»nı bəyənmədi
-
Onlara Kadırovu öldürmək tapşırılmışdı
Çeçenistanda səs-küylü məhkəmə prosesi
-
Şimali Qafqaz barıt çəlləyinə dönüb
Burada adi məişət mübahisəsindən böyük etnik münaqişələr törəyir
-
Putinin 60 minlik «müsəlman ordusu»
Rusiya muzdlulardan ibarət «Turan» batalyonunu Suriyaya yeridir
-
Çeçenistan, Dnestryanı, Krım, ...
Putinin yeni hədəfi açıqlandı
-
FTX xəfiyyələri əmr gözləyir
Rusiya agentləri mühacir cildində Avropaya səpələnib
-
Rusiyada «hicab» qalmaqalı
Çeçenistan müftisi məktəblərdə hicabın qadağan edilməsini pislədi
Qafqaz Müsəlmanları İdarəsinin rəhbəri Şeyxülislam Allahşükür Paşazadə REAL TV-yə dünənki müsahibəsində çeçenlərlə azərbaycanlılar arasında Moskvadakı son insident barədə danışarkən onun bir cümləsi diqqətimi cəlb etdi. Çeçenistanın lideri Ramzan Kadırovun Allahşükür Paşazadəyə dediyi sözlər görə, Ermənistan illərdir Çeçenistanla sıx əlaqələr qurmaq istəyir. Ancaq Çeçenistan Azərbaycan torpaqlarının işğalına görə Ermənistanla sıx münasibətlər qurmur. Eyni siyasətdən Səudiyyə Ərəbistanı da çıxış edir. Ermənistan rəsmiləri dəfələrlə Səudiyyə Ərəbistanına da müxtəlif emissarlar göndəriblər ki, bu ölkə ilə sıx münasibətlər qursunlar, ancaq Ər-Riyad hər dəfəsində İrəvana rədd cavabı verib.
Moskvadakı son qalmaqal çeçenlərlə azərbaycanlılar arasındakı münasibətləri daha da yaxınlaşdırmalıdır, dialoqu gücləndirməyə ehtiyac var, bu İrəvana da iki xalqın güclü mesajı olar. Mümkündür ki, rəsmi Bakı Çeçenistana investisiyalar haqqında da düşünsün. Hətta o da mümkündür ki, Azərbaycan prezidenti İlham Əliyev Rusiyaya rəsmi səfəri sırasında Çeçenistanda olsun və bu bölgənin lideri Ramzan Kadırovla görüşsün. Ramzan Kadırov onsuz da 2018-ci ilin noyabrında Bakıda olarkən İlham Əliyevi Qroznıya Heydər Əliyevin xatirəsinə salınmış bağın açılışına bu sözlərlə dəvət etmişdi: “Böyük qardaşımızı Çeçenistanda gözləyirik”. Çeçenistana səfər üçün zəmin yaranıb.