Ramzan KadIrov Bakıya niyə gəlmişdi?
“Biz bunu heç vaxt unutmayacağıq”
MÖVZU İLƏ ƏLAQƏLİ
-
“Atıcılıqla döyüş meydanında atəş açmaq eyni deyil”
Putin Ukraynada döyüşməyə hazırlaşan çeçen qoşunlarını yoxlayıb
-
... Putin Çeçenistana gedib
2011-ci ildən bəri ilk dəfə ...
-
Kadırov ABŞ-ın radarında
“The New York Times” Çeçenistan liderinin idmançılarla əlaqələrini araşdırır
-
Sirli qətl
Yaxud Rusiyada düyünə dönən cinayətlər ...
-
“Məişət zəminində yaşanan hər hansı insident...”
Əli Həsənov azərbaycanlılarla çeçenlərin davası haqda ...
-
Ramzan Kadırovun adına «analoqu olmayan» məscid
Gələn il istifadəyə veriləcək ibadət evində 12 fontan quraşdırılacaq
-
«Vaxtı çatıb»
Ramzan Kadırov da istefaya getməyə hazır olduğunu bildirdi
-
Rusiyada yetişən ciddi problem – Kadırov
Kim Çen In isə ABŞ-a tarixi xidmətini göstərdi
-
Çar II Nikolay haqqında filmə etirazlar artır
Kadırovdan sonra, Poklonskaya da «Matilda»nı bəyənmədi
-
Rusiyada «hicab» qalmaqalı
Çeçenistan müftisi məktəblərdə hicabın qadağan edilməsini pislədi
-
Çeçenlərin deportasiya qərarı
Yaraqlılara qoşulanların ailələri respublikadan qovulacaq
-
Rusiyanın yeni «başağrısı»
«Kadırovun nizamlı ordusu var, Putin bu orduya əmr verə bilməz»
-
«Putindən üzr istəməlidirlər»
Ramzan Kadırov: «Xarici işlər naziri əvəzi Andrey Deşiça isə istefa etməlidir»
-
O dünyadan «qayıdanlar»
Qəribə «ölümlər» və insanların yoxluğuna inanmadığı şəxslərlə bağlı ən qəribə yozumları...
-
Şişani kimdir?
Suriyadakı azərbaycanlıların başçısı, məşhur çeçen komandiri öldürüldü
-
Çeçenistan prezidenti Ramzan Kadırov noyabrın 27-də Bakıda oldu və prezident İlham Əliyevlə görüşdü. İlham Əliyev və Ramzan Kadırov bir-birlərinin ünvanına komplimentlər söylədilər.
Ramzan Kadırov dedi ki, İlham Əliyev yalnız Azərbaycan üçün deyil, bütövlükdə müsəlmanlar üçün xeyirxah işlər görür: “Siz yalnız müsəlmanları deyil, bütün konfessiyaları birləşdirdirirsiniz. Bu, çox qiymətlidir. Buna görə də bunu həm Azərbaycan xalqı, həm də bütün Qafqaz xalqları görür”. Ramzan Kadırov Azərbaycanın keçmiş prezidenti Heydər Əliyev haqqında da müsbət fikirlər söylədi: “Heydər Əliyev ən çətin illərdə Çeçenistana kömək edib. Biz bunu heç vaxt unutmayacağıq”. Ramzan Kadırov onu da dedi ki, Çeçenistanda Heydər Əliyevin xatirəsinə bağ salınıb. Kadırov bağın açılışına İlham Əliyevi dəvət etdi.
İlham Əliyev də Kadırov haqqında xoş sözlər dedi: “Sizin rəhbərliyiniz altında Çeçenistan inkişaf edir. Bizi o da çox sevindirir ki, Çeçenistan Respublikasında sabitlik bərqərar olub, insanlar təhlükəsizlik şəraitində, sakit yaşayırlar, öz doğma torpaqlarında qurub-yaradırlar”.
Əsas sual budur: Ramzan Kadırov Bakıya niyə gəlmişdi?
Ramzan Kadırov keçmiş illərdə Azərbaycan haqqında heç də müsbət fikirlər söyləmirdi. O çeçen mücahidlərin Azərbaycandan dəstək aldıqlarını iddia edirdi. Çeçen mücahidlərin bir qisminin ailəsinin Azərbaycanda olması da Kadırovu narahat edirdi. Ramzan Kadırov sonrakı illərdə Azərbaycanı daha tənqid etmədi. Əksinə Kadırov rəsmi Bakı ilə yaxınlaşmağa çalışırdı. Bunun səbəbi var.
Rusiyada iqtisadi vəziyyət ağırdır. Rusiya prezidenti Vladimir Putin Çeçenistanı müharibədən sonra faktiki yenidən qurdu. Çeçenistandakı infrastrukturun yenidən qurulmasına Moskva milyardlarla dollar pul xərclədi. Ancaq hazırda Moskva Çeçenistana investisiyaların həcmini azaldır. Onsuz da Şimali Qafqaz indinin özündə Rusiyanın ən çox pul xərclədiyi bölgədir, bu yükü daşımaq getdikcə çətinləşir. Ona görə də Çeçenistana yeni istiqamətlərdən investisiyalar lazımdır. Ramzan Kadırov varlı ərəb dövlətləri ilə dostluq edir ki, onlardan investisiyalar ala bilsin. O eyni məqsədlə Azərbaycanla yaxınlıq etmək istəyir. Azərbaycan Qafqazın ən varlı dövlətidir. Rusiyanın Qafqazdakı federasiyaları Azərbaycandan investisiyalar gözləyirlər. Azərbaycanın iqtisadi inkişaf naziri Şahin Mustafayev bu məqsədlə Şimali Qafqazdakı federasiyalara bir neçə dəfə səfərlər edərək görüşlər də keçirib. Elə Ramzan Kadıvorun İlham Əliyevlə görüşündə Şahin Mustafayevin iştirak etməsi də Çeçenistan liderinin Bakıya hansı məqsədlə gəldiyinə işarə idi.
Əlbəttə, Azərbaycan prezidentinin də vurğuladığı kimi keçmiş illərdən fərqli olaraq Çeçenistanda savaş və terror yoxdur, sabitlikdir. Ancaq Çeçenistan və Dağıstandakı sabitliyin davamlı olması haqqında qəti fikir söyləmək də çətindir. Risklər hələ var.
Rəsmi Bakı Dağıstana, Çeçenistana, Krasnodar vilayətinə investisiya qoymağa və yeni iş yerləri açmağa hazırdır. Ancaq Bakı bunun qarşılığında Moskvadan Qarabağ münaqişəsinin həllində addım atmasını gözləyir. Məsələn, Bakıda Rusiya universitetlərinin sayı artır, hər il Bakıda Moskvanın yeni universitetləri açılır. 2019-cu ilin büdcəsində Moskva Universitetlərinin Bakı filiallarına ayrılan vəsait 100 illiyini qeyd edən Bakı Dövlət Universitetinə ayrılan vəsaitdən çoxdur. Halbuki, Bakı Dövlət Universitetin Azərbaycanın ən böyük Universitetidir. Rəsmi Bakı bütün bunları ona görə edir ki, Moskva rəsmi Bakının Rusiya ilə əlaqələrə necə üstünlük verdiyini görsün. Moskva və şəxsən Rusiya prezidenti Vladimir Putin bunu görür və anlayır, ancaq hələ ki, Qarabağ münaqişəsinin həllində fəallıq göstərmir. Rəsmi Bakı bilsə ki, Moskva Qarabağ münaqişəsinin həlli məqsədilə Ermənistan hakimiyyətinə təzyiq edəcək, Rusiyanın Şimali Qafqazdakı federasiyalarına daha böyük investisiyalar yatırar.
“Atlas” Araşdırmalar Mərkəzi