vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mustafa Kamal Atatürk (1881 - 1938)

«Milli mənliyini itirmiş cəmiyyət, başqa millətlər üçün ovdur»

Mustafa Kamal Atatürk (1881 - 1938)
TOP OYUNLARI  
21:12 | 28 fevral 2014 | Cümə Məqaləyə 1766 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«AZAL» azlıqda

Rəvanla qarşılaşmada hakimin cibindən 3 dəfə «qırmız kart» çıxıb

MÖVZU İLƏ ƏLAQƏLİ

Topaz Premyer Liqasının qapanış matçı olan «Rəvan» - «AZAL» qarşılaşması qonaq komanda üçün daha uğursuz alınıb. Futbolinfo.az xəbər verir ki, «təyyarəçilər» matçın 84-cü dəqiqəsində 9 nəfərlə qalıblar.

76-cı dəqiqədə bu komandada Junior Aylton qırmızı vərəqə alaraq komandasını azlıqda qoymuşdu. 84-cü dəqiqədə isə kapitan Viktor İqbekoyi də eyni aqibəti yaşayıb.

Xatırladaq ki, 46-cı dəqiqədə «Rəvan» da azlıqda qalmışdı. Amma qonaqların müdafiəçisi Aylton meydandan qovulan kimi, Miloş Adamoviç cərimə zərbəsindən qol vuraraq «aslanlar»ı hesabda önə keçirməyə nail olmuşdu.