Birlik sədri həbs olundu
Rasim Məmmədovun saxlanma görüntüləri yayıldı
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Boz kardinalın qara əməlli adamı
Mehdiyevin ən böyük şirkətində araşdırmalar başladı
-
«Bu şantaj yoludur...»
«Onlar cəngəllik qanunları ilə iqtisadiyyata müdaxilə edirlər»
-
Sabiq deputat qulaq kəsimini gözləyir
Prokurorluq araşdırma başlatdı
-
04.02.22 - Rasim Məmmədovun saxlanma görüntüləri yayıldı...
Özünü “İctimai Nəzarət Koalisiyası” İctimai Birliyinin sədri kimi təqdim edən Rasim Məmmədovun saxlanılma anının görüntüləri yayılıb.
Rasim Məmmədovdan hüquq-mühafizə orqanlarına bir neçə vətəndaş şikayət edib. Saxlanma əməliyyatını ərazi üzrə Sumqayıt polisi həyata keçirib.
Xatırladaq ki, Rasim Məmmədov daha əvvəl məktəb direktoru olan bacısının qalmaqalı ilə gündəmə gəlmişdi. Belə ki, Bakının Maştağa qəsəbəsində fəaliyyət göstərən 187 saylı orta məktəbin direktoru Nailə Məmmədovanın jurnalisti təhqir etməsi ilə bağlı səs yazısı yayımlanmışdı. Bundan sonra Rasim Məmmədov bacısını müdafiə edən çıxışlar etməyə başlamışdı. Bir müddət sonra Nailə Məmmədova işdən çıxarıldı.