vaxtlı-vaxtında oxuyun! Cümə, 26 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Barış Manço (1943 - 1999)

«İnsanlar hər zaman qəhrəman ola bilməzlər, ama hər zaman insan ola bilərlər»

Barış Manço (1943 - 1999)
AVROPA  
17:35 | 15 may 2022 | Bazar Məqaləyə 700 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

“Yeni dövr başlayır”

Finlandiya NATO-ya üzvlük üçün müraciət etdiyini rəsmən elan edib

MÖVZU İLƏ ƏLAQƏLİ

Finlandiya Rusiya prezidenti Vladimir Putinin bu addımın qonşu ölkələr arasında dinc münasibətlərə “mənfi təsir göstərə biləcəyi” haqda xəbərdarlığına əhəmiyyət verməyərək, bazar günü NATO Qərb hərbi alyansına qoşulmaq üçün müraciət etmək niyyətində olduğunu rəsmən elan edib.

Prezident Sauli Niinisto və baş nazir Sanna Marin NATO-ya üzvlüklə bağlı müraciət haqda Helsinkidə prezident sarayında açıqlama veriblər.

“Bu, tarixi bir gündür”, Niinisto bildirib və “yeni dövr başlayır”, deyərək əlavə edib.

Finlandiyanın İkinci Dünya Müharibəsindən sonra yaradılmış 30 üzvdən ibarət ABŞ-ın üstünlük təşkil etdiyi hərbi ittifaqa daxil olmaq istədiyini elan etməsi Rusiyanın fevralın 24-də Ukraynaya hərbi müdaxiləsi və hücumların davam etdirilməsindən sonra gözlənilən idi.

Finlandiyanın qərbdə qonşusu olan İsveçin də iki əsrdir hərbi neytrallığına son qoyaraq, alyansa üzv olmağı qarşıya məqsəd qoyacağı gözlənilir.

NATO-nun baş katibi Yens Stoltenberqin onların alyansda alqışlanacağını bildirməsi ilə Skandinaviyanın bu iki ölkəsinin NATO-ya üzvlük haqda müraciətləri belə görünür tez zamanda nəzərdən keçiriləcək.

Kremlin mətbuat xidmətinin bildirdiyinə görə, Putin şənbə günü Niinisto ilə telefon söhbəti zamanı Finlandiya liderinə xəbərdarlıq edib ki, “ənənəvi hərbi neytrallıq siyasətindən imtina etmək səhv olardı, çünki Finlandiyanın təhlükəsizliyinə heç bir təhdid yoxdur”.

“Ölkənin xarici siyasətində bu cür dəyişiklik uzun illər ərzində mehriban qonşuluq və tərəfdaşlıq ruhunda qurulmuş və qarşılıqlı faydalı olan Rusiya-Finlandiya münasibətlərinə mənfi təsir göstərə bilər”- deyə, bəyanatda bildirilir.

Finlandiyanın Rusiya ilə 1300 kilometrlik sərhədi NATO-nun hər hansı ilə ölkəsi ilə Rusiya arasında ən uzun sərhəd olacaq.

“Finlandiya və İsveç artıq NATO-nun ən yaxın tərəfdaşlarıdır”, NATO baş katibinin müavini Mirça Coana bazar günü Berlində NATO üzvlərinin Rusiyanın hərbi təcavüzü qarşısında Ukraynaya davamlı dəstək və Atlantik alyansın genişlənməsi məsələlərini müzakirə etmək üçün bir araya gəldiyi zaman bildirib.

Rusiya NATO-ya üzv olmaq istəyinə cavab olaraq Finlandiyaya elektrik enerjisini kəsib. Finlandiya enerjisinin 10 faizini Rusiyadan alır və hazırda bu boşluğu İsveç doldurur.

Türkiyə əvvəlcə Finlandiya və İsveçin təhlükəsizlik alyansına qoşulmasından narahatlığını ifadə edib, lakin şənbə günü bu ehtimala qapının bağlı olmadığını bildirib. NATO-nun istənilən genişlənməsi üçün mövcud üzvlərin yekdil razılığı tələb olunur.

Birləşmiş Ştatlar Finlandiya və İsveçin NATO-ya üzvlüklə bağlı müraciətlərini dəstəkləyəcəyini bildirib.