Duz fırtınaları Güney Azərbaycanı təhdid edir
Urmiyadan Təbrizə qədər bitki örtüyü ilə yanaşı başqa canlıların da həyatı təhlükədədir
TİMUR
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Güneydə millətçi olmayanı adam saymırlar
Yaxud İranı Amerika kimi danışdıran ermənilər
-
Cücərəcək!
Seçkilər güneylilərə milli ruh verdi, inam toxumları səpdi
-
Pezeşkiyanı çətin bir yol gözləyir
Cəlili prezident və nazirlər kabinetinə nəzarət etmək üçün “kölgə hökumət” yaradıb
-
Pişəvərinin ölümü!
Yaxud erməni terroru yoxsa Sovet kəşfiyyatının əməliyyatı
-
Cənubi Azərbaycan düyünü ...
Dövlətin adını Şimali Azərbaycana dəyişmək bunu açacaqmı?
-
... “Səhər”in səsi
Məhəmməd Kazım Şəriətmədari haqda bir müsahibə ilə xırp kəsiləcək ...
-
Güneylilər Bakıda
Keçici Milli Məclisinin Təşkilat Komitəsinin üzvləri siyasi partiyalar və QHT-lərlə görüşəcək
-
Teatr işçiləri hicabdan imtina edib
“Şou bitəcək və həqiqət üzə çıxacaq”
-
Adı qalaya verilən sərkərdə
Milli qəhrəman Kazım Xan Quşçu kimdi?
-
Güneylə 90-cı illərin Quzeyi
Bugünkü müzakirə və gəlişmələr öz sözünü mütləq deyəcək
-
Güney Azərbaycanda fəlakət
Hirkan meşələri dördü gündür yanır
-
Prezidentdən mühüm mesajlar
Brüssel görüşündən imtina, İrana gözdağı, Zəngəzur dəhlizi ilə bağlı yekun fikir
-
O tayın və bu tayın lideri
İlham Əliyev Helmut Kolun yolunu gedir – hamını inandırmaq
-
Gərgin mərhələyə qədəm qoyuruq
“Güney azərbaycanlıların hüquqları məsələsi İranın daxili işidir” dövrü geridə qaldı
-
Güneydə ümummilli aksiya təyin olundu
21 Azər hərəkatına hazırlıq gedir
-
Pezeşkiyan rejimə səsləndi
Təbrizli millət vəkili etirazçıların səsini eşitməyə çağırdı
Təbriz Universitetinin Planlaşdırma və Ətraf Mühit Elmləri Fakültəsinin rəhbəri Bəhruz Sari duz fırtınaları ilə bağlı xəbərdarlıq edib. Bəhruz Sari mediaya verdiyi açıqlamada Urmiya gölünün qurumuş yatağından qalxan duz fırtınalarının Güney Azərbaycan şəhərlərini təhdid etdiyini deyib.
“Duz fırtınaları yaxın gələcəkdə başda Təbriz olmaqla Şərqi Azərbaycan əyalətinin bir çox bölgələrində faciəli ekoloji problemlər yarada bilər”, – deyə Sari bildirib.
Hal-hazırda Urmiya gölündə olan su həcmi 3 milyard kubmetrdir və bu gölünün təbii vəziyyətindəki 30 milyard kubmetrlik su tutumu ilə müqayisədə cüzi sayılır.
Gölün su ehtiyatı və sahəsinin 90 faizini azalması nəticəsində qurumuş yataqda mövcud olan duz fırtınalar səbəbindən ətraf bölgələrə yayılır.
Bəhruz Sari Ərəbistan və İraqdan başlayan toz fırtınalarının Urmiya gölü üzərindən keçdikdə duz fırtınalarına çevriləcəyi, Təbrizə qədər yayılacağı və bitki örtüyü ilə yanaşı başqa canlılarında həyatını təhlükəyə atacağı ilə bağlı xəbərdarlıq edib.
O, faciənin qarşısının alınması və ya təsirini azaltmaq üçün gölün bərpasının sürətləndirilməli olduğunu bildirib, bunun üçün yanlış idarəetməyə son qoymağın vacib olduğunu vurğulayıb.