vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Babək Xürrəmi (798 - 838)

«Əgər qılınc pas atıbsa, deməli sahibi ölübdür»

Babək Xürrəmi (798 - 838)
GÜNEY  
12:15 | 31 may 2022 | Çərşənbə axşamı Məqaləyə 1207 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

“Azadlıq, ədalət, milli hökumət”

Güney Azərbaycanda Tehranın ideoloji təbliğatına qarşı aksiyalara çağırış edilib

CAVİDAN

MÖVZU İLƏ ƏLAQƏLİ

Güney azərbaycanlı fəallar İran hökumətinin son vaxtlar yenidən başlatdığı “salam komandan” adlı kütləvi ideoloji təbliğatla bağlı çağırış edib.

Mayın 31-dən Ərdəbil və Təbrizdə keçirilməsi nəzərdə tutulan tədbirlərə cavab olaraq “Salam Azərbaycan”, “Salam vətən” və “Azadlıq, ədalət, milli hökumət” şüarlarının səsləndirilməsi və yayılması tövsiyə edilib.

Fəalların ideoloji tədbirlə bağlı etdiyi paylaşımlarında bildirilir ki, Tehran hökumətinin əhalinin ağır durumda olmasına, inflyasiyanın yüksəlməsinə qarşı başlanan etirazları kölgədə qoymaq üçün belə vasitələrə əl atır. Çağırışda qeyd olunur ki, azərbaycanlılar bu cür tədbirlərə qatılmır.

Qeyd edək ki, İranda bahalıq və ərzaq qıtlığına qarşı başlayan etirazlarla eyni vaxtda İnqilab Keşikçiləri Korpusu, Təhsil və Mədəniyyət Nazirliklərinin dəstəyi ilə onlarla şəhərdə “salam komandan” adlı ideoloji təbliğat tədbirləri keçirilməyə başlanılıb.

“Mehdi”nin gəlişini, onun gəlişi ilə bütün problemlərin həll olunacağını və şiəliyin yayılacağını aşılayan təbliğatda əsasən azyaşlı uşaqlar və yeniyetmələrdən istifadə olunur.