vaxtlı-vaxtında oxuyun! Şənbə, 23 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Hüseyn Cavid (1882 - 1941)

«İdealsız nicat ümidi-məhal...
«İttihad!» İştə ən böyük ideal!
Səni qurtarsa, qurtarır birlik,
Çünki birlikdədir fəqət dirlik!»

Hüseyn Cavid (1882 - 1941)
REGİON  
23:28 | 3 iyun 2022 | Cümə Məqaləyə 696 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

“Sərt tədbirlər” barədə xəbərdarlıq

Kreml Zaxarovanın timsalında ABŞ media qurumlarının rəhbərlərinə gözünü bərəltdi

MÖVZU İLƏ ƏLAQƏLİ

Rusiyanın Xarici İşlər Nazirliyinin bildirdiyinə görə, ABŞ-ın Rusiya mediasına qarşı tətbiq etdiyi məhdudiyyətlərə cavab olaraq sərt tədbirlər barədə məlumat vermək üçün bazar ertəsi Moskvada ABŞ media qurumlarının rəhbərlərini görüşə çağırır.

Nazirliyin sözçüsü Mariya Zaxarova cümə günü bildirib ki, “Rusiya mediasının - operatorların və jurnalistlərin işi ABŞ-da normallaşdırılmasa, ən sərt tədbirlər qaçılmaz olacaq. Bu məqsədlə iyunun 6-da bütün Amerika KİV-lərinin Moskva ofislərinin rəhbərləri Rusiya Xarici İşlər Nazirliyinin mətbuat mərkəzinə dəvət olunacaqlar ki, onlara öz hökumətlərinin media sahəsində düşmənçilik xəttinin nəticələrini izah etsinlər. Biz bunu səbirsizliklə gözləyirik” - deyə o əlavə edib:

Rusiya Qərb ölkələrini xaricdəki mediasına ədalətsiz məhdudiyyətlər qoymaqda, o cümlədən dövlət tərəfindən dəstəklənən bəzi xəbər agentliklərinə qadağalar tətbiq etməkdə günahlandırır.

Keçən ay qanunvericilər prokurorlara Qərb ölkəsi “dostcasına” davranarsa, Moskvada xarici media bürolarını bağlamaq səlahiyyəti verən qanun layihəsini qəbul edib.

Fevral ayında Ukraynanı işğal edəndən bəri Rusiya münaqişənin mediada işıqlandırılmasına qarşı sərt addımlar ataraq, Ukraynada “xüsusi hərbi əməliyyat” adlandırdığı xəbərlərlə bağlı qəsdən “saxta” xəbərlər yayan jurnalistlərə 15 il həbs cəzası tətbiq edib.

Qanun bəzi Qərb medialarını öz jurnalistlərini Rusiyadan çıxarmağa vadar edib.

“Reuters” də daxil olmaqla, digər Qərb təşkilatları ölkədə qalıb və xəbərlər verməyə davam edir.

Rusiya qonşusunu tərksilah və “deazifikasiya etmək” üçün “xüsusi hərbi əməliyyat” keçirdiyini bildirir.

Ukrayna və müttəfiqləri bunu minlərlə insanın ölümü, şəhərlərin yerlə yeksan olmasına səbəb olan və 6 milyondan çox insanı xaricə qaçmağa məcbur edən müharibə üçün əsassız bəhanə adlandırır.