vaxtlı-vaxtında oxuyun! Cümə, 22 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Səttar Xan (1866 - 1914)

«Yüksəlməyə hər millətin
Öz yolları vardır
Millətlər uçar,
yüksələr öz doğma dilyilə»

Səttar Xan (1866 - 1914)
GÜNEY  
09:35 | 7 iyun 2022 | Çərşənbə axşamı Məqaləyə 693 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

“Yalançı hökumətə ölüm!”

Təbrizdə etiraza çıxan pensiyaçılar şüarları səsləndiriblər

MÖVZU İLƏ ƏLAQƏLİ

Tehranda, habelə Kərəc, Zəncan, İsfahan, Ərak, Kirman, Rəşt, Təbriz, Qəzvin və bir sıra digər şəhərlərdə pensiyaların artırılması tələbi ilə etiraz nümayişləri keçirilib.

Təhlükəsizlik qüvvələrinin bir neçə adamı tutaraq naməlum istiqamətdə apardığı xəbər verilir.

Sosial media platformalarında yayılmış videolarda Şirazda etirazçıların aksiyalara boş süfrələrlə çıxdığı görünür.

Təbrizdə isə aksiyaçılar “Rəisiyə ölüm!” və “Yalançı hökumətə ölüm!” şüarları səsləndiriblər.

İranda son illərdə pensiyaçıların, xüsusilə də müəllim və fəhlələrin çoxsaylı etiraz aksiyaları olub. Onlar yaşayış səviyyələrinin pisləşməsindən və hökumətin etinasızlığından narazılıq ifadə ediblər.

Bu aksiyaların çoxu polis tərəfindən dağıdılıb.

İran iqtisadiyyatı hazırda ABŞ sanksiyalarına və pandemiya sonrası çətinliklərə görə ağır vəziyyətdədir.

Ölkədə ərzağın qiyməti kəskin qalxıb, inflyasiya 45 faizə çatıb.