vaxtlı-vaxtında oxuyun! Cümə, 22 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)

«Şair xalqın səsi, əsrin səsidir,
Vətənin ağsaçlı sərkərdəsidir,
Hökmüylə ordular ayağa qalxır,
Şerinin selində daşlar da axır»

Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)
GÜNEY  
15:05 | 7 iyun 2022 | Çərşənbə axşamı Məqaləyə 813 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Mağazalar bağlandı

Təbrizli iş adamları vergilərin artırılmasına etiraz etdilər

CAVİDAN

MÖVZU İLƏ ƏLAQƏLİ

İyunun 7-i səhər saatlarından başlayaraq Təbrizdə mağaza sahibləri və iş adamları vergilərin çoxaldılmasına etiraz olaraq mağazalarını bağlayıblar.

Bu barədə Təbrizin “azərəncümən” saytı məlumat yayıb.

İran Vergilər Nazirliyinin verdiyi məlumata görə, iş adamları və mağaza sahibləri üçün ötən illə müqayisədə bu il vergilərin 3 dəfə çoxaldıldığı bildirilir.

Ancaq təbrizli mağaza sahibləri bunun doğru olmadığını və onlardan üç dəfədən daha çox vergi tutulduğunu bildirirlər.

Onlar vergilərin artırılmasının qaydasız, öncədən bildirilmədən və əsaslandırılmadan həyata keçirilməsinə etiraz edir və bu durumda işlərini davam etdirə bilməyəcəklərini deyirlər.