vaxtlı-vaxtında oxuyun! Şənbə, 23 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)

«Bir kərə yüksələn bayraq bir daha enməz!»

Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)
BÖHRAN  
16:12 | 23 iyun 2022 | Cümə axşamı Məqaləyə 885 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Ukraynanın çoxdan gözlədiyi silah gəldi

ABŞ HİMARS hədəfləri barədə kəşfiyyat məlumatlarını da ötürəcək

MÖVZU İLƏ ƏLAQƏLİ

ABŞ istehsalı HİMARS (High Mobility Artillery Rocket Systems) reaktiv yaylım atəşi sistemləri (MLRS) Ukraynaya gətirilib. Bu barədə məlumatı iyunun 23-də Ukraynanın müdafiə naziri Aleksey Reznikov Twitter postu ilə verib.

O amerikalı həmkarı Lloyd Ostinə “bu güclü silahlar” üçün təşəkkürünü bildirib:

“ABŞ həmkarım və dostum, müdafiə naziri Lloyd Ostinə bu qüdrətli alətlər üçün təşəkkürümü bildirirəm! Bu yay Rusiya işğalçıları üçün qızmar olacaq və onlardan bəziləri üçün bu, sonuncu yay olacaq”.

***

HİMARS raketləri 80 kilometrədək məsafəni vura bilir və bu, hazırda Rusiyanın yaylım atəşi sistemlərinin ata bildiyi məsafədən xeyli çoxdur.

Ekspertlər deyirlər ki, yeni silahlar Ukraynaya Rusiya ilə artilleriya qarşıdurmasında kömək edəcək.

Hazırda artilleriya Rusiya qüvvələrinin üstün olduğu bir neçə sahədən biridir.

ABŞ tərəfi bildirir ki, Ukraynaya indilik dörd dəst HIMARS sistemi çatdırılıb.

Ukrayna hərbçiləri artıq bu sistemlərdən istifadə üçün lazım olan təlimi keçiblər.

***

Üstəlik ABŞ bildirib ki, Ukraynaya reaktiv yaylım atəşi sisteminin hədəfləri barədə kəşfiyyat məlumatlarını da ötürəcək.

Bu, Ukrayna qüvvələrinə Rusiya qüvvələrindəki əsas hədəfləri dəqiq vurmaq imkanı verəcək.

HİMARS sistemi istifadə edilən raketlərdən asılı olaraq 300 kilometrədək məsafəni vura bilir.

Lakin Pentaqon bildirib ki, Ukraynanın bu raketlərlə Rusiya ərazisini hədəfləməsini istəməzdi.

HİMARS reaktiv yaylım atəşli raket sistemlərinin (MLRS) ən mükəmməli hesab olunur.

Britaniya və Almaniya da Ukraynaya MLRS sistemləri verməyi vəd ediblər.

Bu yaxınlarda Ukrayna prezidenti administrasiyasının baş müşaviri Mixail Podolyak ölkəsinin Rusiya ilə hərbi qarşıdurmadan üstün çıxması üçün lazım olan silahları sadalamışdı.

O bildirmişdi ki, Ukraynaya minədək ağır texnika, o cümlədən 300-dək MLRS sistemləri lazımdır.

Moskva Ukraynaya bu tip silahların verilməməsi üçün xəbərdarlıq etmiş və bildirmişdi ki, bu baş verərsə, Rusiya qüvvələri Ukraynada indiyədək vurmadıqları həssas hədəflərə zərbələr endirəcək.