“Təhdidlər daha da artır”
“Son bir neçə ildə bu təhlükələr həm ciddiləşib, həm də çoxalıb”
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Güneydə millətçi olmayanı adam saymırlar
Yaxud İranı Amerika kimi danışdıran ermənilər
-
Cücərəcək!
Seçkilər güneylilərə milli ruh verdi, inam toxumları səpdi
-
Pezeşkiyanı çətin bir yol gözləyir
Cəlili prezident və nazirlər kabinetinə nəzarət etmək üçün “kölgə hökumət” yaradıb
-
Pişəvərinin ölümü!
Yaxud erməni terroru yoxsa Sovet kəşfiyyatının əməliyyatı
-
Cənubi Azərbaycan düyünü ...
Dövlətin adını Şimali Azərbaycana dəyişmək bunu açacaqmı?
-
... “Səhər”in səsi
Məhəmməd Kazım Şəriətmədari haqda bir müsahibə ilə xırp kəsiləcək ...
-
Güneylilər Bakıda
Keçici Milli Məclisinin Təşkilat Komitəsinin üzvləri siyasi partiyalar və QHT-lərlə görüşəcək
-
Teatr işçiləri hicabdan imtina edib
“Şou bitəcək və həqiqət üzə çıxacaq”
-
Adı qalaya verilən sərkərdə
Milli qəhrəman Kazım Xan Quşçu kimdi?
-
Güneylə 90-cı illərin Quzeyi
Bugünkü müzakirə və gəlişmələr öz sözünü mütləq deyəcək
-
Güney Azərbaycanda fəlakət
Hirkan meşələri dördü gündür yanır
-
Prezidentdən mühüm mesajlar
Brüssel görüşündən imtina, İrana gözdağı, Zəngəzur dəhlizi ilə bağlı yekun fikir
-
O tayın və bu tayın lideri
İlham Əliyev Helmut Kolun yolunu gedir – hamını inandırmaq
-
Gərgin mərhələyə qədəm qoyuruq
“Güney azərbaycanlıların hüquqları məsələsi İranın daxili işidir” dövrü geridə qaldı
-
Güneydə ümummilli aksiya təyin olundu
21 Azər hərəkatına hazırlıq gedir
-
Pezeşkiyan rejimə səsləndi
Təbrizli millət vəkili etirazçıların səsini eşitməyə çağırdı
Jurnalist Taha Kirmani Türkiyə və bəzi digər ölkələrdə yaşayan iranlı jurnalistlər və siyasi fəalların İslam Respublikasına bağlı qüvvələr tərəfindən hədələndiyini ifadə edir. Kirmani müsahibədə həmçinin İran və Belçika arasında məhbus mübadiləsi üçün müqavilə imzalandığına dair xəbərləri dəyərləndirib.
“Təəssüf ki, dünyanın harasında olur olsun, təhdidlər İranla bağlı çalışan jurnalistlərin iş həyatının bir parçası halına gəlib. İranın nüfuz sahəsinin daha geniş və dərin olduğu ölkələrdə bu daha çox hiss edilir və özünü göstərir. Fars-molla rejiminin rəsmi bəyanatlarının əksinə bir fəaliyyət göstərən, xüsusilə də, mətbuatda çalışan insanlar mediada görünməyə başlayanda bu təpkilər və bu təhdidlər daha da artır”, – jurnalist söyləyir.
Taha Kirmani özünün İrana bağlı qüvvələrin təhdidlərinə məruz qaldığını bildirir: “Türkiyə, təəssüf ki, uzun illər boyunca rejimin propaqandası və siyasi nüfuzunun geniş və dərin olduğu ölkələrdən biri olub. Buna görə, burada çalışan jurnalistlər hər zaman bu tip təhdidlərə məruz qalıblar. Mən də illərdir təhdidlərə məruz qalmışam. Ancaq, son bir neçə ildə bu təhdidlər həm ciddiləşib, həm də çoxalıb”.
O, əlavə edir ki, “təhdidlərin bir çoxu İrana yaxınlığı ilə bilinən və siyasətdə fəal olan şəxslər tərəfindən olur. Bunların hər nə qədər Türkiyə siyasətində ciddi rolları olmasa da, açıq kimliyə sahib insanlardırlar. Bunlar daha çox İranın regional siyasətlərinə dəstək verən insanlardır. Məsələn İran İslam Cümhuriyyətinin Livanda və Suriyada siyasətlərini dəstəkləyirlər. Təhdidlərin bir qismi bunlardan gəlir. Sözlü təhdidlərdən tutmuş, hətta ölüm təhdidlərinə qədər olub. Mən keçən illərdə Türkiyədə məhkəmə qurumu və polisə şikayət etmişəm amma heç bir zaman konkret və dəqiq bir cavab almamışam. Bir nəticə əldə etməmişəm və təhdidlər də davam edib”.
“Türkiyə və ümumiyyətlə İrana qonşu bütün ölkələr iranlı müxaliflərə və İranın propaqandasının əksinə hərəkət edən jurnalistlər üçün təhlükəsiz bir yer olmayıblar. İslam Cümhuriyyətinin quruluşundan bəri bir çox qaçırılma və şübhəli ölüm halları olub. Bunların birinci müttəhimi hər zaman Tehran olub. Amma, son illərdə Türkiyədə dəyişən bir şey var. Bəlkə iki ölkənin maraqlarının bir-birilərinə zidd olmasından dolayı biz Türkiyə torpaqlarında baş verən hadisələr ilə bağlı daha çox məlumatlandırma görürük”, – deyə jurnalist qeyd edir.