vaxtlı-vaxtında oxuyun! Cümə, 22 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Barış Manço (1943 - 1999)

«İnsanlar hər zaman qəhrəman ola bilməzlər, ama hər zaman insan ola bilərlər»

Barış Manço (1943 - 1999)
GÜNEY  
12:14 | 14 iyul 2022 | Cümə axşamı Məqaləyə 720 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Rəisinin tədbir görəcəyinə ümid edənlər var

“Şəxsən məsələyə müdaxilə etməsə, bərpa işləri mümkün olmayacaq”

TİMUR

MÖVZU İLƏ ƏLAQƏLİ

Güney Azərbaycanın qərb əyalətinin Xoy şəhərinin İran parlamentindəki nümayəndəsi Adil Nəcəfzadə Urmiya gölünün bərpası ilə bağlı keçmiş və indiki hökumətin fəaliyyətlərinin yetərli olmadığını deyib.

“Hər iki hökumətin məsələ ilə bağlı fəaliyyəti Azərbaycan xalqının layiq olduğu səviyyəyə uyğun olmayıb. Urmiya gölünün Bərpası Qərargahı yatıb, fəaliyyətsizdir. Şəxsən prezident məsələyə müdaxilə etməsə, bərpa işləri mümkün olmayacaq”, – deyə millət vəkili bildirib.

Urmiya gölünü mədəniyyətlərin beşiyi və Azərbaycanın döyünən ürəyi adlandıran Nəcəfzadə İbrahim Rəisidən ekoloji problemin həlli ilə bağlı təcili tədbir görməsini istəyib.

Millət vəkili bərpa işlərinin belə davam edəcəyi təqdirdə ölkənin şimal-qərb bölgəsində ətraf mühitin və eko-sistemin məhv olacağı barədə xəbərdarlıq edib.