vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Vətənpərvərlik insanın daxilindəki duyğulardır. Əgər bunlar yoxdrusa, o insan mənəviyyatsızdır»

Heydər Əliyev (1923 - 2003)
GÜNEY  
13:15 | 14 iyul 2022 | Cümə axşamı Məqaləyə 828 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

3 gün ac-susuz saxlanılıb

Fars-molla rejimi dünyaca məşhur güneyli rejissoru Cəfər Pənahini girov götürüb

CAVİDAN

MÖVZU İLƏ ƏLAQƏLİ

Tehranın Evin zindanında saxlanılan güney azərbaycanlı rejissor və ssenarist Cəfər Pənahi iyulun 13-də həyat yoldaşı Tahirə Səidi ilə telefon danışığı zamanı Tehran hökuməti tərəfindən oğurlanaraq girov götürüldüyünü deyib.

O, saxlanıldıqdan sonra 3 gün müddətinə ən ibtidai imkanlardan, o cümlədən yemək və içməkdən məhrum edilərək ac saxlanıldığını söyləyib.

Pənahi bununla yanaşı zindan məsulları və nəzarətçilərinin onun tibbi xidmətlərdən istifadə etməsinə də icazə vermədiklərini bildirib.

Tanınmış rejissorun həyat yoldaşı Tahirə Səidi sosial mediada etdiyi paylaşımda Cəfər Pənahi üçün şəxsi əşyalar və dərmanlar apardığını, ancaq zindan məsullarının onun görüşünə icazə vermədiklərini deyir.

Qeyd edək ki, İran və dünya kinosunun tanınmış simalarından biri, dünyada beynəlxalq və nüfuzlu festivalların bir çox mükafatlarının sahibi Güney azərbaycanlı Cəfər Pənahi iyulun 11-də təhlükəsizlik məmurları tərəfindən həbs edilib.

Cəfər Pənahi iyulun 9-da “Silahını yerə qoy” etiraz bəyanatını imzalayan kinematoqraflar Məhəmməd Rəsulov və Mustafa Al-Əhmədin həbsini pisləyən bəyanatı imzalayan 300-dən çox iranlı kinematoqraf və mədəniyyət fəalından biridir.

Bəzi məlumatlara görə, Cəfər Pənahi bir qrup kinematoqrafçı ilə birlikdə adı çəkilən iki kinematoqrafçının həbsininin səbəblərini öyrənmək üçün Evin zindanının prokurorluğuna gedib, ancaq o, prokurorluqdan çıxarkən həbs edilib.

Kinorejissor və ssenarist, İran kinematoqrafiyasının Yeni dalğa nümayəndələri arasında ən tanınmış şəxslərdən biri olan Cəfər Pənahi 11 iyul 1960-cı ildə Şərqi Azərbaycan əyalətinin Miyana şəhərində anadan olub.