vaxtlı-vaxtında oxuyun! Cümə, 22 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Müstəqillik yolu qədər çətin yol yoxdur»

Heydər Əliyev (1923 - 2003)
GÜNDƏM  
20:24 | 3 oktyabr 2022 | Bazar ertəsi Məqaləyə 1363 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Yəhudilərin Rusiyadan köçü

İki ölkədə qaçqın düşərgələri salınacaq

MÖVZU İLƏ ƏLAQƏLİ

Rusiyadakı səfərbərliklə bağlı olaraq bu ölkədən yəhudilərin İsrailə kütləvi mühacirəti başlayıb. Onlara yardım etmək üçün İsrail hökuməti Azərbaycan və Finlandiyada qaçqın düşərgələri yaratmaq qərarına gəlib.

İsrail hökuməti Azərbaycan və Finlandiyada yəhudilər üçün qaçqın düşərgələrinin yaradılmasına 90 milyon şekel (23,35 milyon dollar) ayırıb.

Bununla yanaşı, Rusiyadakı yəhudilərin İsrailə repatriasiyası prosedurları sürətləndirilib.

Qərarın müəllifləri maliyyə naziri Aviqdor Liberman və yəhudi inteqrasiyası məsələləri üzrə nazir Pnina Tamano-Şatadır.

Rusiyadan İsrailə on minlərlə yəhudinin mühacirət edəcəyi gözlənilir.

Azərbaycan və Finlandiyada yəhudilər üçün qaçqın düşərgələri ilə Sohnut Yəhudi Agentliyi məşğul olacaq.

Xatırladım ki, sentyabrın 21-də Rusiyada səfərbərlik elan ediləndən bəri ölkəni 260 min nəfər tərk edib.