“Sizinlə çiyin-çiyinəyik!”
Güney Azərbaycan Milli Qurtuluş Hərəkatının quruluş bəyanatı
Güney Azərbaycan Milli Qurtuluş Hərəkatının İdarə Heyəti
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Güneydə millətçi olmayanı adam saymırlar
Yaxud İranı Amerika kimi danışdıran ermənilər
-
Cücərəcək!
Seçkilər güneylilərə milli ruh verdi, inam toxumları səpdi
-
Pezeşkiyanı çətin bir yol gözləyir
Cəlili prezident və nazirlər kabinetinə nəzarət etmək üçün “kölgə hökumət” yaradıb
-
Pişəvərinin ölümü!
Yaxud erməni terroru yoxsa Sovet kəşfiyyatının əməliyyatı
-
Cənubi Azərbaycan düyünü ...
Dövlətin adını Şimali Azərbaycana dəyişmək bunu açacaqmı?
-
... “Səhər”in səsi
Məhəmməd Kazım Şəriətmədari haqda bir müsahibə ilə xırp kəsiləcək ...
-
Güneylilər Bakıda
Keçici Milli Məclisinin Təşkilat Komitəsinin üzvləri siyasi partiyalar və QHT-lərlə görüşəcək
-
Teatr işçiləri hicabdan imtina edib
“Şou bitəcək və həqiqət üzə çıxacaq”
-
Adı qalaya verilən sərkərdə
Milli qəhrəman Kazım Xan Quşçu kimdi?
-
Güneylə 90-cı illərin Quzeyi
Bugünkü müzakirə və gəlişmələr öz sözünü mütləq deyəcək
-
Güney Azərbaycanda fəlakət
Hirkan meşələri dördü gündür yanır
-
Prezidentdən mühüm mesajlar
Brüssel görüşündən imtina, İrana gözdağı, Zəngəzur dəhlizi ilə bağlı yekun fikir
-
O tayın və bu tayın lideri
İlham Əliyev Helmut Kolun yolunu gedir – hamını inandırmaq
-
Gərgin mərhələyə qədəm qoyuruq
“Güney azərbaycanlıların hüquqları məsələsi İranın daxili işidir” dövrü geridə qaldı
-
Güneydə ümummilli aksiya təyin olundu
21 Azər hərəkatına hazırlıq gedir
-
Pezeşkiyan rejimə səsləndi
Təbrizli millət vəkili etirazçıların səsini eşitməyə çağırdı
Sevimli Azərbaycan Türk Milləti və Türk Topluluqları Ulusal varlığımızla yurdumuz olduqca ağır və sorumlu zaman sürəcindən keçir. Bir yandan 43 illik farsçı-şüubi rejimin ölüm zənginin çalınması, başqa yandan isə “Azərbaycan Milli Hərəkatı”nın belə bir tarixi fürsət qarşısında kəskin güc durumundan uzaq qalması Türk millətini dərindən düşündürür.
Heç quşqusuz ki, bütün bölgəni öz təsiri altına alacaq farsçı rejimdən sonrakı duruma indidən hazır olmaq gərəkir. Çünki, bölgədə ortaya gələcək güc dəngələri millətlərin və ya anti milli birliklərin güc çəkisi ilə ölçüləcək. Qıssa deyimlə, bu sürəcdən qalib ayrılan milli hərəkatlarmı, yoxsa mərkəzçi İran birlikləri olacaqdır? Bu sorğunun cavabı, farsçı-şüubi rejimin yıxılışı sabahı bəlli olacaqdır. Yəni, rejimmi yıxılacaq? Yoxsa xəritə? Sözsüz ki, 100 il boyunca böyüklüyü, ərdəmi, doğası, kimliyi və təkcə bir deyimlə ulusal varlığı yox sayılmış millətimizin diləyi milli qurtuluşdan və istiqlaldan yanadır. Ancaq, diləyi amaca çevirməyin yolu bir o qədər də qolay deyildir. Hər istəyin alt qatı güclü olmayınca, hədəfə varma yolları açıq, aydın olmayır. Qaranlıqda addımlamaq isə sayıqlamaqdan başqa heç nə deyil. 35 milyonluq Azərbaycan türklüyü, hansı aşamadadır? Arzu-diləkmi, yoxsa aydın məqsədli? Hazırkı durumda, “Azərbaycan Türk Milləti” qarşısında iki yol görünür:
1. Ağır bədəl ödəyəcək.
2. Ağır bədəl ödətəcək.
Üçüncü yol yoxdur.
Ağır bədəl ödəmək: “Azərbaycan Milli Hərəkatı”nın hazırkı durumu öz adının çəkisinin çox gerisindədir. 35 milyonluq bir milləti təmsil edəcək hərəkatın böyük düzəni, mali gücü, qapsamlı milli rəhbərliyi, dövlətlər arası lobbisi, doğru görünən bölgə dəstəyi və yeri gələrsə, silah-sursatı yoxdur. Bu gün “Azərbaycan Milli Hərəkatı”nın bu sorğulara ürəkaçıcı cavabı yoxdur. Ən azından kütlə içi belə görünür. Durum belə olunca, Farsçı-şüubi rejimin yıxılmasından sonra, başqa bir irqçi-fars rejiminin iş başına gəlməsilə, “Azərbaycan Türk Millətinin” 100 illik bütün boyutlu işğalı davam edəcək. Bu isə, doğal olaraq Güneyə və dolayısıyla Quzey Azərbaycana və Türkiyəyə ağır bədəl ödəmə anlamına gələcək.
Ağır bədəl ödətmək: Hər kəsin bildiyi kimi İran adlanan irqçi-şahçı və şuubiyyəçi rejimlərin 100 ilə yaxın çirkin varlığı səbəbilə Azərbaycanın güneyi böyük çöküşlə qarşı-qarşıyadır. Bu çöküşün bütün alanlarda olduğu danılmaz gərçəkdir. Belə bir ortamda Azərbaycan türklərinin taleyi açıqcası ölüm-dirim savaşı olaraq, müdafiə xarakterindən irəli getməyib. Buna baxmayaraq, millətimiz heç zaman istilaçı güçlərin altında tam əzilməyib, məğlubiyyəti qəbul etməyib. Bölgənin ən iri və qapsamlı çağdaş milləti olan türklər, heç zaman özlərini tarix bucaqlarında unutdurmayıb, unutdurmaz da! Azərbaycan türklüyü düşmənlərin başına partlayan ansızın vulkan gücüdür. Ancaq, hər vulkanın güclü partlaq mərkəzi olduğu kimi, Azərbaycan türklərinin də həmin gücə malik olması lazımdır. Buna görə, Azərbaycan Türk Millətinin bu aşamada bir anda toparlanması gərəkdir. Güney Azərbaycanın işğaldan azad olmasıyla bütün Türk Dünyasının ulduzu parlayacaq, Quzey Azərbaycan və Türkiyə cümhuriyyətlərinin dövlət gücü qat-qat artacaq. PKK kimi terror təşkilatlarının ömrü sona çatacaq. Rus-Erməni vəhşiliyi qafqazlardan uzaq tutulacaq. Göründüyü kimi Güneyin milli qurtuluşu yalnız Güneyin deyil, eyn zamanda Quzeyin də, Türkiyənin də dərin milli stratejisi olmalıdır. Unutmamaq lazımdır ki, Güney Azərbaycanın yaxın gələcəyi Quzey Azərbaycan və Türkiyənin də iç, dış, bölgə və kürəsəl amacları qapsamında ələ alınmalıdır. Bu üzdən, “Azərbaycan Milli Hərəkatı”nın öz soydaş dövlətlərindən dəstəklənməsi qədər normal və doğal haqq yoxdur. Ancaq, belə durumdadır ki, bağımsız, özgür Güney Azərbaycan, fars faşizminə tarixi bir “ağır bədəl ödətmə” gücü kimi önə çıxa bilər.
Sevimli millətimiz!
Bu şərtlər altında “Güney Azərbaycan Milli Qurtuluş Hərəkatı” (Milli Qurtuluş) olaraq, ulusal bağımsızlıq yolunda milli savaş alanına ayaq basırıq.
“Milli Qurtuluş” 1992-ci ildən bəri, ölməz Zehtabilərin, Həsən Dəmirçilərin Güney Azərbaycan adına cizdikləri milli siyasi xəritənin davamıdır. Daxili və xarici milli hərəkatımızın gücünü arxasına alan “Milli Qurtuluşun” amacı 30 il bundan öncə olduğu kimi Güney Azərbaycan Türk Cümhuriyyətinin yaranmasıdır. Biz, Azərbaycan Türk Ülkülərinə dayanaraq, uğrunda can verən-qan tökən Azərbaycanımızın əsgərləriyik. Dilsizlik, yoxsulluq, işsizlik, haqsızlıq, eşitsizlik kimi minlərcə toplum düşməni olan bəlaların qaynağı Vətənsizlikdir. Qızıl üstündə ac oturan ulusumuzun artıq ayılması vaxtıdır. Zaman durmadan BİZSİZ keçir. BİZSİZ zamanı durdurmaq mümkün deyilsə, BİZLİ zaman yaratmaq lazımdır!
Sevimli millətimiz!
Çiyin-çiyinə bir sırada ayağa qalxaq. Zaman evdə oturmaqla deyil, ulusal alanlarda olmaqla anlam tapar. Meydanları fürsətçilərə, İrançılara, Los-Angelesçı, Parisçi faşistlərə vermək olmaz. “Azərbaycan Türk Millət” olaraq, öz ana bətnindən doğan təşkilatlarımıza, milli hərəkatlarımıza söykənməliyik. Unatmayaq ki, SİZ, Qurd Dərəsində son sözümüzü dünya boyda yazıyla sərgiləmiş oldunuz: “SOUTH AZERBAIJAN IS NOT IRAN” bunu Siz “Azərbaycan Milli Hərəkatı”na ərməğan etdiniz. Biz isə, bu amacın peşində sizinlə çiyin-çiyinəyik! Nə bir addım irəli, nə bir addım geri!
Yaşasın Azərbaycan Türk milləti!
Yaşasın Azərbaycan Milli Hərəkatı!
Var olsun Güney Azərbaycan Türk Cümhuriyyəti!