Sadıqova «söyünc»dən ağır sözlər
«Onu görsəm Moskvada ətin kilosunun neçəyə olduğunu soruşaram»
E.SALAMOĞLU
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Milli Məclisdə bayraq, himn və gerb müzakirələri
Parlament “Hərbi vəziyyət haqqında” Qanuna ciddi dəyişiklik etdi
-
Parlamentdə mübahisə
Siyavuş Novruzov spikerdən siyahı istədi
-
«Putinin qarşısında diz çöküb...»
Azərbaycanı sıxışdıran Yaqlandı Danimarkada ifşa etdilər
-
«Deputatların maaşı niyə qaldırılmır?»
Siyavuş Novruzovdan etiraz
-
Sadıqov Karpatyanı qarışdırır
Ukraynanın qərbində separatçılıq dalğası başladı
-
«Tədbir görülməlidir»
Deputat hesabat verməyən siyasi partiyalarla bağlı sərt danışdı
-
«Bərabərhüquqlu əməkdaşlığa hazırıq»
Siyavuş Novruzov: «Heç bir böyük dövlətə kiçik qardaşlıq etmək fikrimiz yoxdur»
-
Siyahıda daha kimlər var?
Putin Söyün Sadıqova separatçı missiya həvalə edir
-
Söyün Sadıqov Qarabağdan məqalə yazdı
«ABŞ danışıqlardan kənarlaşdırılsın, KİV-lər hərbi təbliğatı dayandırsın...»
-
«Ən yaxşı istirahət elə ordadır»
Siyavuş Novruzov: «Mənim səlahiyyətimə daxil olan məsciddir, molladır, qəbiristanlıqdır...»
-
YAP-da dəyişikliklər başladı
Partiya prezident seçkisinə hazırlıq işlərinə start verdi
-
«Ciddi struktur islahatları gözlənilir»
Siyavuş Novruzov: «Bu cür hərəkətlərin cavabını Ermənistan çox qısa zamanda alacaq»
-
«Bunun arxasında arvadı erməni olan məmurlar dayanır»
Siyavuş Novruzov: «Struktur islahatları davam etdiriləcək»
-
«5-10 adam gələcək»
YAP-dan Milli Şuranın mitinqinə münasibət
-
Siyavuş Novruzov ««Facebook» vəsiqəsi»ndən danışdı
«Kişi arvad fotosu ilə şərh yazırsa, ondan nə kişi olacaq?
-
«Səhhətimdə ciddi problem yoxdur»
Siyavuş Novruzov: «Məzuniyyətimi səmərəli keçirmək qərarına gəldim»
«Eynulla Fətullayev kimlərdənsə asılı olan jurnalistlərdəndir. Məni Azərbaycan xalqının düşməni kimi təqdim edən həmin yazıları oxumuşam. Orada yazılanlar cəfəngiyyat və absurddur».
Bunu Rusiya Prezident Administrasiyasının Millətlərarası əlaqələr şöbəsinin üzvü və Vladimir Putinin rəsmi nümayəndəsi Söyün Sadıqov deyib. S.Sadıqov modern.az-a bildirib ki, E.Fətullayevin yazdıqlarının arxasında kimin dayandığı hamıya məlumdur:
«Onun yazdıqları bütünlüklə siyasiləşmiş və savadsız yazı idi. Ondan incimirəm. Əksinə, o bu cür absurd fikirləri ilə nüfuzumu daha da yüksəldir. Eynullanı mən bir dəfə Moskvada, o həbs olunmamışdan əvvəl, cəmi 20 dəqiqə görmüşəm. O zaman o mənə öz jurnalını göstərərək orada Heydər Əliyev və İlham Əliyev, eləcə də onların ailəsi haqda xoşagəlməz yazı göstərmişdi. O zaman mən onun üstünə qışqırdım və ona dedim ki, sən azərbaycanlı deyilsən».
Sadıqov Fətullayevə əclaf deyib: «Əgər dövlət başçısından xoşunuz gəlmirsə belə, onun və onun ailəsi haqqında bu cür yazıları və şəkilləri göstərməyə ixtiyarı yoxdur. Məni onunla tanış edən adama da dedim ki, məni belə «əclaf»la niyə tanış edirsən? Siz bilirsiz ki, Eynulla o zaman onlar haqda necə şəkillər dərc etdirirdi? Ona görə də bu gün onun yazdıqlarını heç kəs ciddi qəbul etmir».
Putinin adamı deputat Siyavuş Novruzova acıqlı olduğunu vurğulayıb: «Onun məni təhqir etməsinə görə dilini qopardaram. O necə xalqın deputatıdır ki, xalqın yanına bir ordu cangüdənlə gedir».
E.Fətullayev isə S.Sadıqovla görüşməsini təkzib etdi. Onun sözlərinə görə, bu adam təfəkkürsüz, şüursuzdur: «Onun yazdıqları məktəb şagirdinin yazdıqlarından aşağı səviyyədədir. Onunla harada görüşmüşəm? Heç vaxt onu görməmişəm və çox şadam ki, görüşməmişik, ünsiyyət saxlamaq fikrim də yoxdur. Üstəlik, mən qəzet buraxmışam, jurnal yox. Əgər «Monitor» jurnalını nəzərdə tutursa, nə görüşmüşük, nə də ona jurnal göstərmişəm».
E.Fətullayev S.Sadıqovla işbirliyində olan adamları da onun səviyyəsində gördüyünü söylədi: «Mən Söyünü görsəm, onunla alma, armuddan danışaram, Moskvada ətin kilosunun neçəyə olduğun soruşaram. Soruşaram ki, alma Moskvada harada satılır. Çünki bazar alverçisidir, rus siyasətini təhlil etmək istəyir.
Olduqca biabırçı şərhlər yazır, özü də savadsız cümlələr. Ona görə də mən onunla siyasi müzakirələr aparmaram. Niyə görəsən Putin özünə bazardan etibarlı şəxs götürür? Çünki bu cür adamlar Azərbaycanla bağlı istənilən qərara imza atarlar.
Vaxtilə Leninin «Matros zimnyakı» olub, rus hökmdarları belə adamlardan istifadə ediblər. Çarın yanında vəhşi Qafqaz diviziyası olub. Onlar rus əsgərinin etmədiyini ediblər. Hətta öz millətinin adamlarını xəncərləyiblər. Təəssüf ki, Söyünlə əməkdaşlıq edən azərbaycanlılar var».
S.Novruzov da S.Sadıqova ağır sözlər deyib. Deputat sia.az-a açıqlamasında «dilini qopararam» sözünə cavab verib:
«Söyün Sadıqov bu müsahibəsi ilə səviyyəsini bir daha göstərdi. Bir daha ortaya çıxdı ki, bu hansı səviyyədədir. «Dəfələrlə söyləmişəm, bu adam bazar adamıdır. Belə cəsarətlisənsə, «dilqoparansansa» Jirinovski bütövlükdə Azərbaycan xalqını təhqir edən zaman onun dilini qoparardın, cavabını verərdin».