

“Xaç atası” romanı əsasında cizgi filmi çəkilsə, ...
Millət vəkili həyəcan təbili çalır
Əflatun Amaşov: “Əksər reklamlarda dövlət dilinə hörmət edilmir”
Mətbuat Şurasının sədri müzakirələrə son qoydu
Parlament “Hərbi vəziyyət haqqında” Qanuna ciddi dəyişiklik etdi
Siyavuş Novruzov spikerdən siyahı istədi
Millət vəkili: «Büdcəni yox, ona münasibəti tənqid etmişəm»
Deputat hesabat verməyən siyasi partiyalarla bağlı sərt danışdı
Siyavuş Novruzov: «Heç bir böyük dövlətə kiçik qardaşlıq etmək fikrimiz yoxdur»
Siyavuş Novruzov: «Mənim səlahiyyətimə daxil olan məsciddir, molladır, qəbiristanlıqdır...»
Partiya prezident seçkisinə hazırlıq işlərinə start verdi
Siyavuş Novruzov: «Bu cür hərəkətlərin cavabını Ermənistan çox qısa zamanda alacaq»
Siyavuş Novruzov: «Struktur islahatları davam etdiriləcək»
YAP-dan Milli Şuranın mitinqinə münasibət
«Kişi arvad fotosu ilə şərh yazırsa, ondan nə kişi olacaq?
Siyavuş Novruzov: «Məzuniyyətimi səmərəli keçirmək qərarına gəldim»
«Növbəti ilin büdcəsində dövlət strukturlarında maaşların artırılması nəzərdə tutulsa da, bu, deputatlar üçün nəzərə tutulmayıb. Niyə belə ayrı-seçkilik qoyulur? Büdcədə dövlət strukturlarında çalışanların maaşlarının 20 faiz artırılması, yuxusunda nəsə görüb duranların məvaciblərinin qaldırılması nəzərdə tutulsa da, bu, Milli Məclisdə çalışanlara şamil olunmur».
Modern.az xəbər verir ki, bu sözləri Milli Məclisin ictimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov bugünkü büdcə müzakirəsi zamanı deyib. O bildirib ki, Milli Məclisin illik büdcəsi cəmi 600-700 min manat civarında artırılır.
«Parlamentin illik büdcəsi heç bir rayonun büdcəsi qədər də deyil. Belə yanaşmaq olmaz. Axı bu gün qaçan da, qovan da Milli Məclisə üz tutur. Bu gün Milli Məclis yeganə qurumdur ki, bütün problemlərə sinə gərir. İstər xarici ölkələr, beynəlxalq təşkilatlar, istərsə də daxildə vətəndaşların problemi olsun».
Komitə sədri qeyd edib ki, parlamentin 50 ölkə ilə dostluq qrupu var, heç olmasa bu qruplarla iş aparmaq üçün ildə və yaxud 3 ildən bir görüş keçirilməlidir.
«Xarici dostluq qruplarına Azərbaycan haqqında məlumat verməliyik ya yox? Bu gün ölkəyə qonaqlar dəvət edilir. Səfərlər olur. Beynəlxalq təşkilatlarda Azərbaycana qarşı hücumların qarşısında deputatlar dayandığı halda, onların maaşı niyə artırılmır?»
S.Novruzov deyib ki, hazırda deputatın maaşı bir rayon məhkəmə sədrinin, polis rəisinin və prokurorun məvacibindən azdır.
«Bu gün hamı deputatın nə ilə dolandığını yaxşı hesablayır. Amma bilməliyik ki, bütün yük onların üzərinə düşür. Odur ki, deputatların da maaşı qaldırılmalıdır. Təkcə deputatların deyil, eyni zamanda parlamentin strukturunda çalışanların da maaşı qaldırılmalıdır».