
Növbədənkənar seçki ola bilərmi?
İqtidar və müxalifət eyni fikirdədir
İqtidar və müxalifət eyni fikirdədir
YAP-dan Əli İnsanova sərt reaksiya
Əli Əhmədov qurultaya qatılacaq
Parlament “Hərbi vəziyyət haqqında” Qanuna ciddi dəyişiklik etdi
Siyavuş Novruzov spikerdən siyahı istədi
Elçibəyin oğlundan Siyavuş Novruzova cavab
Fədakar addımı 25 il keçsə də unudulmayan insan haqqında əhvalat
İlham Əliyev: «2003-cü ildə və ondan sonrakı illərdə verilmiş bütün vədlər həyata keçib»
İlham Əliyev Azərbaycanın Avropa Şurasından çıxmaq ehtimalı haqda
Siyavuş Novruzovdan etiraz
Deputat hesabat verməyən siyasi partiyalarla bağlı sərt danışdı
Siyavuş Novruzov: «Heç bir böyük dövlətə kiçik qardaşlıq etmək fikrimiz yoxdur»
Siyavuş Novruzov: «Mənim səlahiyyətimə daxil olan məsciddir, molladır, qəbiristanlıqdır...»
Partiya prezident seçkisinə hazırlıq işlərinə start verdi
Siyavuş Novruzov: «Bu cür hərəkətlərin cavabını Ermənistan çox qısa zamanda alacaq»
Siyavuş Novruzov: «Struktur islahatları davam etdiriləcək»
Hakim Yeni Azərbaycan Partiyasının (YAP) İcra Katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov Milli Şuranın aprelin 8-nə təyin etdiyi aksiyaya münasibət bildirib.
S.Novruzov «Ölkə.Az»a açıqlamasında deyib ki, Milli Şura sözügedən aksiyanı xaricdən gələn sifariş əsasında həyata keçirmək istəyir:
«Belə bir aksiyanı keçirmək üçün Milli Şuraya xaricdən sifariş verilib. Ancaq müxalifət bununla heç nəyə nail ola bilməyəcək. Çünki Milli Şuranın sosial bazası və elektoratı, əhali tərəfindən bunlara etimad yoxdur. Eyni zamanda Milli Şuranın daxilində ciddi problemlər var».
YAP-çı deputat qeyd edib ki, Milli Şura zaman-zaman səbəbsiz yerə bu cür aksiyalar təşkil edib:
«Ancaq hər dəfə də özlərini biabır edirlər, mitinqlərə öz yaxınları və qohumlarından savayı heç kəs gəlmir. Hər dəfə də vəd edirlər ki, guya 5-10 min adam gələcək. Ancaq 50 adam gəlmir. Çünki Milli Şurada olan adamları Azərbaycan xalqı çoxdan silib. Bu adamların xalqdan heç bir dəstəyi, sosial bazası yoxdur. Sadəcə olaraq, xaricdən gələn sifarişləri icra etmək üçün bu cür aksiyalar təyin edib, özlərini yada salmağa çalışırlar».