vaxtlı-vaxtında oxuyun! Bazar ertəsi, 29 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Səttar Xan (1866 - 1914)

«Türk milləti böyük bir daşa bənzər, çox gec qızar və gec də soyuyar»

Səttar Xan (1866 - 1914)
AVROPA  
16:05 | 1 aprel 2024 | Bazar ertəsi Məqaləyə 138 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Alman ordusu yaşlanır?

Kadr çatışmazlığı üzündən azyaşlılar hərbi xidmətə cəlb olunur

FATEH

MÖVZU İLƏ ƏLAQƏLİ

Ötən il Almaniyada çox sayda azyaşlı hərtərəfli fiziki və psixoloji qabiliyyət testlərindən keçərək hərbi xidmətə çağırılıb. Məlumata görə, 2023-cü ildə orduya 18 min 802 yeni əsgərin qatıldığı və onlardan 1996-nın 17 yaşında olduğu bildirilib.

Alman mətbuatında yer alan xəbərlərdə bu şəxslərin müşahidə aparmadıqları və xaricdəki missiyalara qatılmadıqları bildirilib.

Yetkinlik yaşına çatmayan əsgərlərin silahdan yalnız təlim məqsədilə istifadə edə biləcəyi vurğulanıb.

2011-ci ildə məcburi hərbi xidmətin ləğv edildiyi Almaniyada hazırkı əsgər sayı 180 mindir və 2031-ci ilə qədər 203 minə çatdırılması hədəflənir.

Ölkədə hərbi sistem peşəkar əsgərlər və könüllülük üzərində qurulub.

Almaniya Parlamentinin Federal Ordu zabiti Eva Högl tərəfindən hazırlanan və martın 12-də Berlində ictimaiyyətə açıqlanan “2023-cü il qiymətləndirmə hesabatı”nda ordunun ən böyük probleminin kadr, infrastruktur və texnika olduğu bildirilib.

Högl orduda “böyük” kadr çatışmazlığı olduğuna diqqət çəkərək, “Nəticəmiz budur ki, ordu yaşlanır və getdikcə azalır”.