Bakıda qumarxana əməliyyatı
Paytaxtdakı mərcxanaları cəmi 5 nəfər idarə edir?
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Astara və Lerikdə ekoloji qətliam
Meşələrdə ağacları kütləvi şəkildə kəsən dəstə üzvləri ifşa edilib
-
Dəbdə olan fırıldağ
Tanınmış mağazalar şəbəkəsi məşhur brendləri saxtalaşdırıraraq müştəriləri aldadırmış
-
Şıxlinskayanın qisası
«Banuçiçək»dən quldar davranış, «Əsmər»in qara kassası, «Gülçöhrə»yə çatan gizli milyonlar və dul «Zeynəb»in intiqamı
-
«Bandotdel»dən şok əməliyyat
Diqqət: Bakıya külli miqdarda saxta dollar gətirilib
-
DİN əməliyyat keçirdi
Həbs edilənlər var
-
Bakının bir neçə rayonunda qanunsuz mərcxanalar aşkarlanıb. ANS PRESS məlumatına görə, əməliyyat Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi (xalq arasında daha çox “bandotdel” kimi tanınır) əməkdaşları tərəfindən həyata keçirilib.
Keçirilən əməliyyat tədbirləri nəticəsində məlum olub ki, Emin Əliyev Tapdıq Fərəcov, Elşad Seyidov, Ağacan Nərimanov, Əfqan Xəlilov və Fərdi Mehdiyevlə birgə paytaxtın bir çox yerində qanunsuz obyekt saxlayırmış. Onların Nəsimi, Səbayel, Yasamal və Xətai rayonlarının ərazisində yerləşən obyektlərdə qanunsuz idman mərc oyunları təşkil etmələri müəyyən edilib.
Obyektlərə baxış zamanı müştərilər tərəfindən alınmış 229 ədəd qəbz kötüyü, onların qeydiyyatının aparılması üçün 5 kompüter dəsti, 10 ədəd televizor, 5 ədəd printer, 1 ədəd modem və 2630 manat pul aşkar edilərək götürülüb.
Faktla bağlı araşdırma aparılır.